top
Beş Azərbaycan güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib Idman.biz
25 aprel 2026, 16:08
- ↺ +

Beş Azərbaycan güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz moldovalı Yevgeni Mihaelkanı tam üstünlüklə (11:0) məğlub edərək 1/2 finala yüksəlib.

Bundan əlavə, Ali Tsokayev, Nürəddin Novruzov, Turan Bayramov və Giorgi Meşvildişvili də 1/2 final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:48

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (92 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə 5:0 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

Digər güləşçimiz Nürəddin Novruzov (61 kq) moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

Turan Bayramov (74 kq) belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

Bundan başqa, Giorgi Meşvildişvili də 1/2 final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:17

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz ermənistanlı Xaçatur Xaçatryanı sonuncu xal prinsipinə əsasən (5:5) məğlub edərək 1/2 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

14:43

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz UWW-ni təmsil edən neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Digər güləşçimiz Ali Tsokayev (92 kq) Belarus təmsilçisi Yaraslav Yadkovski (UWW) üzərində tam üstünlüklə (10:0) qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

Arseniy Djioyev (86 kq) ukraynalı Denis Bikovla qarşılaşmada da tam üstünlük nümayiş etdirərək (10:0) qələbə qazanıb və 1/4 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:48

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Oxşar xəbərlər