top
Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi Idman.biz
01 noyabr 2026, 20:29
- ↺ +

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Xetaq Qazyumov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yığmanın çıxışından narazı qaldığını bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis jurnalistlərə açıqlamasında komandanın gözləntiləri doğrultmadığını etiraf edib və uğursuz nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

"Bu nəticəyə görə kimsə cavabdeh olmalıdır və həmin məsuliyyəti mən daşıyıram. Azərbaycan azarkeşlərindən, bütün idmansevərlərdən üzr istəyirəm", - deyə Qazyumov bildirib.

Baş məşqçinin sözlərinə görə, yığmanın dünya çempionatındakı çıxışı federasiya rəhbərliyi ilə də müzakirə edilib. Görüş zamanı komandanın nəticələrindən narazılıq ifadə olunub və məşqçilər heyətinə iradlar çatdırılıb.

"Federasiya rəhbərliyi ilə söhbətimiz oldu. Komandanın nəticələri qənaətbəxş hesab edilmədi və müəyyən iradlar səsləndirildi. Məşqçilər heyəti olaraq bunları qəbul edirik. İdmançılarımız bacardıqları səviyyədə mübarizə aparmadılar. Qarşıdakı dövrdə çatışmazlıqları aradan qaldırmaq üçün çalışacağıq", - deyə mütəxəssis vurğulayıb.

Qazyumov bildirib ki, federasiya tərəfindən hazırlıq üçün lazımi şərait yaradılsa da, ilboyu davam edən məşqlərin nəticəsi dünya çempionatında özünü doğrultmayıb.

"Turnirə ciddi hazırlaşırdıq və daha yaxşı nəticələr əldə edəcəyimizə inanırdıq. Əsas hədəflərimizdən biri qızıl medal qazanmaq idi. Təəssüf ki, bəzi güləşçilərimiz öz potensiallarını göstərə bilmədilər. Xüsusilə həlledici qarşılaşmalardakı çıxışları bizi məyus etdi. Onlardan daha yüksək nəticələr gözləyirdik. Komandanın hazırlıq səviyyəsini ümumilikdə pis qiymətləndirməzdim, amma idmançılarımız imkanlarından tam istifadə edə bilmədilər", - deyə baş məşqçi əlavə edib.

Mütəxəssis uğursuz çıxışdan nəticə çıxarılacağını, məşq prosesindəki nöqsanların təhlil ediləcəyini və növbəti yarışlarda daha yüksək göstəricilərə nail olmaq üçün işlərin gücləndiriləcəyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan millisi yarışı altı medalla tamamlayıb. Yığmanın aktivinə iki qızıl, iki gümüş və iki bürünc mükafat yazılıb. Yığmanın medal qazanan altı üzvündən üçü yunan-Roma, üçü isə sərbəst güləş üzrə mübarizə aparıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Futbol
Bu gün, 11:08

Dünyanın ən Moda Futbolçuları: İlk Onluq Kimlərdən İmzalandı?

Futbol
Bu gün, 11:05

Premyer Liqada artıq öz sözünü deyən yerli hücumçu var!

Boks
Bu gün, 11:00

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinalında

Qarabağ FK
Bu gün, 11:00

“Kəpəz”dən “Qarabağ”la oyun üçün xüsusi mükafat – məbləğ artırıldı!

Futbol
Bu gün, 10:44

İkinci Liqada bu gün üç oyun keçiriləcək, lider "Qaradağ Lökbatan" "Şirvan"ın qonağı olur

Futbol
Bu gün, 10:40

Qalatasaray Samsunspor

Futbol
Bu gün, 10:30

CONMEBOL seçkilərdə Canni İnfantinonu dəstəkləyəcək

Futbol
Bu gün, 10:26

“Real” dörd mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazandı

Formula 1
Bu gün, 10:21

Ferstappen Las-Veqasda rəqiblərinə meydan oxudu - VİDEO

Futbol
Bu gün, 10:18

Murada ehtiyac olmadı

Futbol
Bu gün, 10:07

Avropada futbol gecəsi: İngiltərə derbisi, “Barselona” və “İnter”in sınağı - AFİŞA

Futbol
Bu gün, 09:55

Messi topu rəqibinin üzünə çırpıb – MLS pley‑off hadisəsi

Futbol
Bu gün, 09:50

Inter Miami pley-offda 0:3 lə Kolombusa məğlub oldu

Qarabağ FK
Bu gün, 09:50

"Sampdoriya ilə müqaviləsini uzanan Azərbaycan U‑21 hücumçusu maaşını iki dəfə artıracaq"

Basketbol
Bu gün, 09:43

Basketbol Liqasında liderlik mübarizəsi: bu gün iki oyun keçiriləcək

Boks
Bu gün, 09:33

Yeni Zelandiya döyüşçüsü Stirling, Proxazka'yı nokautla məğlub etdi

Futbol
Bu gün, 09:30

2028-ci il "Copa America" turniri yenidən ABŞ-da keçirilə bilər

Oxşar xəbərlər