top
Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 5 medal qazandılar Lent.az
19 iyul 2025, 04:53
- +

Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 5 medal qazandılar

Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.

Lent.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2. Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabı ilə üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.

Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.

Osman Nurmaqomedov (92 kq) bəhreynli Maqomed Şaripovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabı ilə məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleylə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0. Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.

Beləliklə, millimiz turniri 5 medalla tamamlayıb. Xatırladaq ki, ötən gün İslam Bazarqanovla (57 kq) Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 15:46

Araz-Naxçıvan "İmişli" ilə oyunu itki ilə keçirəcək

Futbol
Bu gün, 15:30

Arsenal Cek Hinshelvudu Transfer Edə Bilər

Cüdo
Bu gün, 15:11

İlham Zəkiyev Avropa çempionatının finalına vəsiqə qazandı

Basketbol
Bu gün, 15:00

Neftçi basketbol komandası Cerod Robinson ilə müqavilə bağladı

Güləş
Bu gün, 14:58

Beynəlxalq Oxatma Federasiyası rusiyalı idmançılara qadağanı ləğv edib

Futbol
Bu gün, 14:18

Dinamo kapitanı Andrey Yarmolenkonun Qarabağ görüşündə iştirak etməməsinin səbəbi açıqlanıb

Futbol
Bu gün, 13:58

Ferran Torres PSJ-yə keçib

Futbol
Bu gün, 13:38

Cəlal Hüseynovun komandası “Voluntari”ni məğlub etdi

Futbol
Bu gün, 13:30

Son 10 ildə La Liqada transferlərə ən çox pul xərcləyən klublar

Basketbol
Bu gün, 13:18

Neftçi" ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:58

Yeqor Xvalko: "Kəpəz"in keçmiş rəhbərliyinin getməsi yaxşı oldu"

Minifutbol
Bu gün, 12:38

„Sabahın Ulduzları“ Bakı Kubokunda dördüncü turun oyunları başa çatıb

Basketbol
Bu gün, 12:30

Azərbaycan millisi 3x3 basketbol Dünya Seriyasından kənara çıxdı

Futbol
Bu gün, 12:18

Kodi Qakpo “Tottenhem”ə keçimə üzrədir

Qarabağ FK
Bu gün, 12:00

Qarabağ - Dinamo matçında izləyici hesabı

Futbol
Bu gün, 11:58

Fabritsio Romanoya qarşı ciddi ittihamlar

Boks
Bu gün, 11:38

Azərbaycanın üç boksçusu Avropa çempionatında növbəti mərhələyə adlayıb

Futbol
Bu gün, 11:30

Brentford Ekvadorlu Gənc Futbolçu Darvin Quaquanı Transfer Etmək Üzrə Razılığa Gəlib

Futbol
Bu gün, 11:18

Qabriel Martinelli “Qalatasaray”ın təklifini rədd edib

Futbol
Bu gün, 10:58

Türkiyə Super Liqasında dörd oyun keçiriləcək

Futbol
Bu gün, 10:40

Lion "Milan"dan icarəyə futbolçu alıb

Qarabağ FK
Bu gün, 10:18

“Qarabağ”dan ayrılan Abdullah Zubir Azərbaycanı tərk etdi

Futbol
Bu gün, 09:58

İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib

Futbol
Bu gün, 09:25

Azərbaycan Premyer Liqası: Sabah - Kəpəz görüşü

Oxşar xəbərlər