top
Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 2 bürünc medal qazanıb Report.az
19 iyul 2025, 23:11
- +

Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 2 bürünc medal qazanıb

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mükafatçılar sırasına düşüb.

"Report" xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.

Ruslan Nurullayev (72 kq) qazaxıstanlı Daniyar Kalenova 5:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Yuri Lomadzeyə müqavimət göstərə bilməyib – 0:10. Təsəlliverici görüşdə norveçli Juan Aakı (6:4) yolundan kənarlaşdıran Ruslan bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans tanımayıb – 9:0.

Gücünü yuxarı çəkidə sınayan Həsrət Cəfərov (72 kq) yarımfinaladək serbiyalı dünya çempionu Ali Arsalanla (2:1) qazaxıstanlı Merey Maulitkanova (5:3) qalib gəlib. Özbəkistanlı Abdulla Aliyevə 3:5 hesabıyla məğlub olan Həsrət biləyindəki zədəyə görə üçüncü yer uğrunda görüşə çıxmayıb.

İslam Abbasov (87 kq) ilk mərhələdə macarıstanlı İstvan Takaçı 3:1 hesabıyla üstələyib. 1/8 final görüşü erkən başa çatıb. Niderlandlı Marsel Sterkenburq zədələndiyi üçün İslam növbəti mərhələyə adlayıb. Norveçli Eksos Mukubunu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdıran Abbasov yarımfinalda macarıstanlı David Losonçiyə uduzub – 0:4. İslam bürünc medal uğrunda görüşdə serbiyalı Avropa çempionu Aleksandr Komarovdan güclü olub – 5:2.

Beka Kandelaki (130 kq) koreyalı Seunqçan Liyə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Vittekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olubsa, zədələndiyi üçün macarıstanlı Koppani Lasloyla təsəlliverici görüşə çıxmayıb.

Onunla eyni çəkidə yer alan Sərxan Məmmədov ABŞ güləşçilərini – Aden Attao (9:0) və Kurtni Frimanı (4:3) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında macarıstanlı Dariuş Vittekə "tuş"la məğlub olan Sərxan bürünc medal uğrunda görüşdə macarıstanlı Koppani Lasloya minimal fərqlə (1:2) uduzub.

Beləliklə, yunan-Roma güləşçilərimiz reytinq turnirinə 2 bürünc medalla start verib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 15:46

Araz-Naxçıvan "İmişli" ilə oyunu itki ilə keçirəcək

Futbol
Bu gün, 15:30

Arsenal Cek Hinshelvudu Transfer Edə Bilər

Cüdo
Bu gün, 15:11

İlham Zəkiyev Avropa çempionatının finalına vəsiqə qazandı

Basketbol
Bu gün, 15:00

Neftçi basketbol komandası Cerod Robinson ilə müqavilə bağladı

Güləş
Bu gün, 14:58

Beynəlxalq Oxatma Federasiyası rusiyalı idmançılara qadağanı ləğv edib

Futbol
Bu gün, 14:18

Dinamo kapitanı Andrey Yarmolenkonun Qarabağ görüşündə iştirak etməməsinin səbəbi açıqlanıb

Futbol
Bu gün, 13:58

Ferran Torres PSJ-yə keçib

Futbol
Bu gün, 13:38

Cəlal Hüseynovun komandası “Voluntari”ni məğlub etdi

Futbol
Bu gün, 13:30

Son 10 ildə La Liqada transferlərə ən çox pul xərcləyən klublar

Basketbol
Bu gün, 13:18

Neftçi" ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:58

Yeqor Xvalko: "Kəpəz"in keçmiş rəhbərliyinin getməsi yaxşı oldu"

Minifutbol
Bu gün, 12:38

„Sabahın Ulduzları“ Bakı Kubokunda dördüncü turun oyunları başa çatıb

Basketbol
Bu gün, 12:30

Azərbaycan millisi 3x3 basketbol Dünya Seriyasından kənara çıxdı

Futbol
Bu gün, 12:18

Kodi Qakpo “Tottenhem”ə keçimə üzrədir

Qarabağ FK
Bu gün, 12:00

Qarabağ - Dinamo matçında izləyici hesabı

Futbol
Bu gün, 11:58

Fabritsio Romanoya qarşı ciddi ittihamlar

Boks
Bu gün, 11:38

Azərbaycanın üç boksçusu Avropa çempionatında növbəti mərhələyə adlayıb

Futbol
Bu gün, 11:30

Brentford Ekvadorlu Gənc Futbolçu Darvin Quaquanı Transfer Etmək Üzrə Razılığa Gəlib

Futbol
Bu gün, 11:18

Qabriel Martinelli “Qalatasaray”ın təklifini rədd edib

Futbol
Bu gün, 10:58

Türkiyə Super Liqasında dörd oyun keçiriləcək

Futbol
Bu gün, 10:40

Lion "Milan"dan icarəyə futbolçu alıb

Qarabağ FK
Bu gün, 10:18

“Qarabağ”dan ayrılan Abdullah Zubir Azərbaycanı tərk etdi

Futbol
Bu gün, 09:58

İspaniya La Liqasında 2026/27 mövsümünə start verilib

Futbol
Bu gün, 09:25

Azərbaycan Premyer Liqası: Sabah - Kəpəz görüşü

Oxşar xəbərlər