top
Sərdar Həsənov: Azərbaycan çempionatı və qarşıdakı yarışlar barədə fikirlər Idman.biz
17 mart 2026, 12:29
- ↺ +

Sərdar Həsənov: Azərbaycan çempionatı və qarşıdakı yarışlar barədə fikirlər

"Azərbaycan çempionatında ağır çəki dərəcələrində rəqabət nisbətən az olsa da, orta çəkilərdə gərgin mübarizə müşahidə olundu".

Bu sözləri ağırlıqqaldırma üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov başa çatan ölkə çempionatını dəyərləndirərkən deyib.

O bildirib ki, yarış gözlənildiyi kimi yüksək səviyyədə təşkil olundu.

"Bütün iştirakçıların çıxışlarını diqqətlə izlədik. Bu idman növündə möcüzə olmur, nəticəni konkret olaraq qaldırılan çəki müəyyənləşdirir. Hətta qızıl medal qazanmaq da hər zaman əsas meyar deyil. İdmançının göstərdiyi nəticə və hazırlıq səviyyəsi onun beynəlxalq yarışlarda uğur qazanmaq potensialını müəyyən edir. Bu baxımdan, ümidverici nəticə göstərən idmançıları mütləq yığmaya cəlb edirik", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Baş məşqçi qeyd edib ki, komandada perspektivli gənclər var və onların inkişafı üçün daha çox çalışmaq lazımdır:

"Qarşıda bizi Avropa çempionatı gözləyir və hazırda əsas diqqət bu yarışa yönəlib. Eyni zamanda, bu ildən etibarən Olimpiya təsnifat mərhələsi başlayacağı üçün hazırlıq prosesimizi də buna uyğun qurmuşuq".

Mütəxəssis, həmçinin vurğulayıb ki, əsas məqsədlərdən biri təmiz idman prinsiplərinə sadiq qalmaqdır:

"Vaxtilə bu idman növü dopinq qalmaqalları səbəbindən geriləyib. Biz idmançıları bu kimi hallardan uzaq tutmağa çalışırıq. Federasiya rəhbərliyi bu məsələyə çox həssas yanaşır və nəzarət son dərəcə ciddidir".

S.Həsənov komandanın qarşıdakı mötəbər yarışlarda uğurla çıxış edərək ölkəni layiqincə təmsil edəcəyinə inamını ifadə edib: "Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq".

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı martın 14-15-də Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Futbol
Bu gün, 01:30

Mançester Yunayted qış transferində Brentfordun müdafiəçisi Natan Kollinsə diqqət yetirir

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:32

Ronaldo 987-ci qolunu “Əl‑Nəsr”in “Əl‑Sədd”ə qələbəsində vurdu

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Futbol
Dünən, 23:00

Elşad Manafov 8 ayda alman dilini öyrənərək digər futbolçulara nümunə oldu

Digər
Dünən, 22:59

Sərbəst dalış üzrə dünya rekordçusu Janin Qrasmeyer 33 yaşında vəfat edib

Oxşar xəbərlər