Mingəçevirdə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən gimnastlar iştirak edəcəklər.
İdmançılar öz bacarıq və ustalıqlarını nümayiş etdirərək medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış noyabrın 8-də baş tutacaq.