top
Bədii gimnastika üzrə Avropa Kubokuna yekun vuruldu: Qaliblər müəyyənləşdi Idman.biz
04 may 2026, 09:27
- +

Bədii gimnastika üzrə Avropa Kubokuna yekun vuruldu: Qaliblər müəyyənləşdi

Dörd gün davam edən möhtəşəm idman bayramı – bədii gimnastika üzrə Avropa Kuboku yüksək səviyyədə başa çatdı.

İdman.Biz Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizdə artıq üçüncü dəfə keçirilən bu nüfuzlu yarış yenə də unudulmaz çıxışlar, həyəcan dolu anlar və rəngarəng proqramlarla yadda qaldı.

32 ölkədən olan zərif gimnastlar tamaşaçılara əsl sənət nümunəsi təqdim etdilər.

Musiqili kompozisiyalar, xüsusi hazırlanmış rəqs elementləri və sürpriz fləşmoblar hər yaşdan izləyicinin zövqünü oxşadı.

Azərbaycan bu mötəbər turnirdə həm fərdi, həm də qrup hərəkətləri komandası ilə təmsil olundu. Xüsusilə qeyd edək ki, qrup hərəkətləri üzrə yığmamız yeni heyətlə ilk dəfə bu yarışda çıxış edirdi. Bu, yeni komanda üçün ilk və böyük təcrübə idi.

Gənclər kateqoriyasında komandalar arasında təşkil olunan çarpaz qarşılaşmalar yarışın əsas yeniliklərindən biri oldu. Gənclər yaş kateqoriyasında komandalar hesabında çarpaz qarşılaşmada Azərbaycan və AIN 2 komandaları yarışdı. AIN 2 komandası növbəti mərhələyə keçid aldı. Nəticədə, AIN 2 birinci, Bolqarıstan ikinci, İsrail isə üçüncü yeri tutdu.

Yarışın ikinci günündə böyüklər yaş kateqoriyasında gimnastlar top və halqa ilə, üçüncü gün isə gürz və lent proqramlarında çıxış etdilər. Təsnifat mərhələsinin nəticələrinə əsasən ən güclü 16 gimnast "çarpaz qarşılaşmalar" mərhələsinə vəsiqə qazandı və 1/8 finaldan başlayaraq finala qədər mübarizə apardı.

Gərgin keçən final mərhələsinin yekununda İsrail təmsilçisi Munits Daniela qalib oldu. Ukraynalı Onofruiiçuk Taisiya ikinci, italiyalı Raffaeli Sofia isə üçüncü pillədə qərarlaşdı. Qaliblərə medalları AGF-nin vitse-prezidenti Altay Həsənov təqdim etdi.

Qrup hərəkətləri üzrə yarışda isə Bolqarıstan komandası qızıl medala layiq görüldü. İsrail ikinci, AIN 2 komandası isə üçüncü yeri tutdu. Mükafatlandırma mərasimində medalları Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbov təqdim etdi.

Yarışın sonunda təşkilatçılar tərəfindən iki xüsusi nominasiya da təqdim olundu. Ardıcıl olaraq Avropa kuboku yarışlarında iştirak etdiyinə və sabit nəticələr göstərdiyinə görə Raffaeli Sofiya "Cross Battle Queen", Avropa kubokuna digər qitədən qoşularaq qrup hərəkətləri proqramında çıxış etdiklərinə görə Venesuela komandası "Breakthrough Team" nominasiyasına layiq görüldü.

Beləliklə, 4 gün davam edən bu zərif və möhtəşəm mübarizəyə yekun vuruldu. Milli Gimnastika Arenası yarış boyunca tamaşaçıların enerjisi və coşqusuna şahidlik etdi. Tamaşaçılarla keçirilən maraqlı müsabiqələr və əyləncəli anlar isə tədbiri daha da yaddaqalan etdi. Qaliblərə AGF-nin sponsoru Smarton tərəfindən dəyərli hədiyyələr təqdim olundu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
Dünən, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
Dünən, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
Dünən, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
Dünən, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
Dünən, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
Dünən, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
Dünən, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
Dünən, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
Dünən, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
Dünən, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
Dünən, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
Dünən, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
Dünən, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
Dünən, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Dünən, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Dünən, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Dünən, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Dünən, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Dünən, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Dünən, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
Dünən, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Dünən, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər