top
Barbara Dominqes: Azərbaycan məşq üçün inanılmaz şəraitə malikdir Idman.biz
04 aprel 2026, 13:20
- ↺ +

Barbara Dominqes: Azərbaycan məşq üçün inanılmaz şəraitə malikdir

"Bu, mənim Azərbaycana üçüncü gəlişimdir və bu, inanılmaz təcrübədir. Xüsusilə ona görə ki, burada məşq etmək, xarici texnikaları mənimsəmək və çıxış etmək imkanı əldə edirik".

Bunu İdman.Biz-ə açıqlamasında braziliyalı gimnast Barbara Dominqes deyib.

O və Braziliya yığmasının digər üzvləri hazırda Azərbaycandadır və Dünya Kubokunun mərhələsinə hazırlaşırlar. Hazırlıq çərçivəsində onlar Milli Gimnastika Arenasında keçirilən "AGF Trophy" beynəlxalq turnirində yarışdan kənar nümayiş çıxışları ilə çıxış ediblər.

İdmançı uzaq səfərlər zamanı yarışlara öncədən gəlməyin vacibliyini də vurğulayıb:

"Hazırda mövsümöncəsi dövrdəyik - yarış mövsümünə hazırlığın başlanğıcıdır. Azərbaycanla Braziliya arasında vaxt fərqi yeddi saatdır. Uyğunlaşma bərpa prosesində böyük rol oynayır. Buna görə də öncədən gəlmək bizim üçün vacibdir. Həm də iqlim baxımından - bəzən burada bizdə olandan bir qədər soyuq və ya əksinə, daha isti olur. Bu da fiziki vəziyyətə təsir edir. Yaxşıdır ki, biz uyğunlaşa və eyni zamanda yeni texnikaların köməyi ilə xoreoqrafiyamızı təkmilləşdirə bilirik. Yüksək təşkilatçılıq səviyyəsi sayəsində isə adi məşq rejimimizi problemsiz davam etdiririk".

O əlavə edib ki, hələlik şəhərlə yaxından tanış olmaq imkanı olmayıb: "Amma gördüklərim çox xoşuma gəldi - Bakı çox gözəl şəhərdir".

Dominqes Braziliyada bədii gimnastikanın inkişafı barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu idman növü hazırda sürətlə inkişaf edir, xüsusilə həm fərdi, həm də qrup hərəkətlərində əldə olunan nəticələr nəzərə alınarsa.

"Bu, bizim üçün çox vacibdir. Çünki əvvəllər Braziliyada gimnastika geniş yayılmamışdı. Böyük yarışlarda qələbələr qazanmağa başlayandan sonra vəziyyət dəyişdi. Xüsusilə ötən il Rio-de-Janeyroda keçirilən dünya çempionatındakı nəticələrimizdən sonra münasibət köklü şəkildə dəyişdi və bu, gimnastikanın inkişafına böyük təkan verdi".

Qeyd edək ki, Barbara Dominqes Braziliyanın aparıcı gimnastlarından biridir və ölkəsi üçün dünya səviyyəsində bir sıra tarixi nəticələrə imza atıb. O, xüsusilə Olimpiya çoxnövçülük yarışının finalına yüksələn ilk braziliyalı gimnast kimi tarixə düşüb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Oxşar xəbərlər