Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış fevralın 20-21-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 20-də keçiriləcək.