top
Təmkin Xəlilzadə: Səhvləri aradan qaldırıb dünya çempionatına tam hazır olmaq məqsədimizdir. Idman.biz
02 may 2025, 18:01
- ↺ +

Təmkin Xəlilzadə: "Səhvləri aradan qaldırıb dünya çempionatına tam hazır olmaq məqsədimizdir."

"Yarışlar bizim üçün olduqca yaxşı keçdi".

Bunu İdman.biz-ə Azərbaycanın minifutbol yığmasının oyunçusu Təmkin Xəlilzadə deyib.

O, komandanın Monteneqro və Slovakiyada keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib. Milli üzvü bildirib ki, 16 gün davam edən hazırlıq məhsuldar keçib: "Dünya çempionatı öncəsi hər iki beynəlxalq turnir bizim üçün yaxşı təcrübə oldu. Monteneqodakı yarışın qalibi olduq, Slovakiyada isə ikinci yeri tutduq. Əslində, Millətlər Liqasının final görüşünə çox yaxşı başlamışdıq. Sonradan hesabda geri düşsək də, özümüzdə güc tapıb 2 qol vura bildik. Ancaq son saniyələrdə ani bir diqqətsizlik ucbatından qapımızda qol gördük. Penalti seriyasında isə məğlub olduq. Hər iki turnirdə qazandığımız təcrübə bizim üçün çox faydalı oldu".

Xəlilzadə qarşıdan gələn dünya çempionatına hazırlıq prosesindən danışıb: "Heyətlə bağlı fikir bildirə bilmərəm, bu, məşqçi və köməkçilərinə aid olan məsələdir. Ancaq düşünürəm ki, komanda olaraq bu turnirə hazırıq. Üstəlik, hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. 2-3 günlük fasilədən sonra məşqlərimizi bərpa edəcəyik. Çatışmazlıqlar üzərində işləyib mundiala tam hazır olmaq istəyirik".

31 yaşlı futbolçu hələlik karyerasını bitirməyi düşünmür: "Gələcəklə bağlı planlar qurmağı sevmirəm. Bu gün futboldayam və xoşbəxtəm. Milli komanda və klubum "Birbaşa" ilə çoxlu titullar qazanmaq istəyirəm".

Qeyd edək ki, Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-ə kimi davam edəcək. Azərbaycan millisinin də mübarizə apardığı A qrupunda Sloveniya, Mavritaniya və Bəhreyn yer alıb.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Dünən, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Dünən, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Dünən, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Oxşar xəbərlər