top
Rəcəb Fərəczadə: Azərbaycan minifutbol millisi dünya çempionatına yüksək səviyyədə hazırlaşmışdı Report.az
02 iyun 2025, 15:15
- ↺ +

Rəcəb Fərəczadə: "Azərbaycan minifutbol millisi dünya çempionatına yüksək səviyyədə hazırlaşmışdı"

Azərbaycanın yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatına istər fiziki, istərsə də taktiki-texniki cəhətdən yaxşı səviyyədə hazırlaşmışdı.

Bunu "Report"a Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

O, Elşad Quliyevin rəhbərlik etdiyi millinin çox güclü olduğunu bildirib:

"Azərbaycan yığması çox güclüdür, dünya çempionatına da yaxşı hazırlaşmışdılar. Hətta mart ayında ölkə çempionatını bitirdik ki, millinin lazımi səviyyədə hazırlıq keçməsinə şərait yaradaq. Elşad Quliyev komandasını istər fiziki, istərsə də taktiki-texniki cəhətdən yaxşı səviyyədə hazırlaşdırmışdı. Oyunçularımız fərdi şəkildə, birəbir mübarizələrdə çox güclüdür. Həmçinin digər komandalardan fərqli, klasları yüksəkdir. Bu kənardan da aşkar görünürdü. Rəqiblərdən Mavritaniya fiziki cəhətdən yaxşı oynayırdı, fərdi keyfiyyətləri də nisbətən yüksək idi. Qalan komponentlərdə komandamız bütün rəqiblərini üstələdi. Rumıniya və İngiltərə ilə oyunlar çətin oldu. Düzdür, bu oyunlarda da Azərbaycan yığması favorit idi. Sadəcə, rəqiblər qapanmışdılar deyə qol vura bilmirdik. Bir də müəyyən mənada şansımız da gətirdi. Ümumilikdə Azərbaycan yığması hər birindən üstün oynadı".

R.Fərəczadə mundialda favorit göstərilən bəzi komandaların gözləntiləri doğrultmadığını da vurğulayıb:

"Serbiya, Rumıniya, Qazaxıstan, Çexiya yığmaları bütün mundiallarda çox yaxşı təsir bağışlayırdı. Yəqin ki, nəsil dəyişiklyi olub, ya nədirsə, bu dəfə istənilən səviyyədə oynamadılar. Favorit göstərilən komandalardan nə Rumıniyanın, nə də Serbiyanın oyunu qaneedici idi. Portuqaliyadan nəsə gözləyrdim, çünki futzala oxşar oyun göstərirdilər. Ancaq göründü ki, o qədər də yüksək səviyyədə deyillər".

Qeyd edək ki, Azərbaycan yığması minifutbol üzrə dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Oxşar xəbərlər