top
Qurban Qurbanov: Zövq aldım Idman.biz
28 may 2025, 09:11
- ↺ +

Qurban Qurbanov: "Zövq aldım"

"Çox xoş oldu, gözəl ab-hava vardı. Nəticədən öncə buradakı atmosfer çox cəlbedici idi. Bu, bir daha Azərbaycanda futbola marağın olduğunu və minifutbolun da sevildiyini göstərir".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolinfo.az saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Azərbaycan millisinin Rumıniya üzərində qazandığı qələbəni dəyərləndirib: "Millimizin qələbəsi çox fantastik idi. Əsl futboldakı final oyunu kimi oldu. Sonuncu dünya çempionuna penalti seriyasında qalib gəldik. Həqiqətən də oyundan çox həzz aldım. Turnirin Bakıda keçirilməsi bizə müəyyən üstünlük verir. Amma bu idmandır və burada hər cür nəticə ola bilər. Artıq ikinci oyundur ki, stadiondan izləyirəm. Hiss olunur ki, futbolçularımızda həyəcan var. İlk dəfədir Bakıda belə bir yarış keçirilir. Fürsətdən istifadə edib, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Bəlkə də bir çoxları bu yarışa "kiçik baxır", amma ümumi götürsək, təşkilatçılıq, minifutbola marağı və azarkeşlərin inamını böyük futbolda da görmək istərdim".

Qurbanov həmçinin futbol millimizin qarşıdakı yoxlama oyunlarına toxunub: "Onlara da uğurlar arzulayıram. Gözləntilərimiz hər zaman yüksəkdir. Hər an ən yaxşısını gözləyirik. Nəticələrdən asılı olmayaraq, hər bir halda millimizin yanında olmalıyıq".

"Niyə böyük futbolda da belə azarkeş dəstəyi görə bilmirik" sualına 53 yaşlı çalışdırıcı belə münasibət bildirib: "Bizim oyunlarımızda var (gülür). Düzdür, çempionat matçlarında azarkeş dəstəyi zəifdir. Lakin "Qarabağ"ın avrokubok oyunlarında bizi dəstəkləməyə gəlirlər. Ümidvaram ki, bu da olacaq. Bu gün 4-5 min azarkeşi belə gözəl arenaya toplamaq mümkün olur. Gələcəkdə stadionlara da cəlb etmək olar. Futbolda hər bir komandanın öz azarkeşi olur. Bəzi fanatlar nəticəyə görə yox, sadəcə öz komandalarına görə gəlirlər. Əgər bir tərəfdən uduzuruqsa, digər tərəfdən udaraq bəzi problemləri aradan qaldıra bilərik. Azarkeşlər stadionlarda olsalar, bizə dəstək verər, futbolçulara güc qatılar. Bu problemlər həll olunsa, digərləri də yoluna düşər. Sadəcə, azarkeşləri bir az da fəallaşdırmaq lazımdır. Əlbəttə, onları öz oyunumuzla və işimizlə cəlb etməliyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Oxşar xəbərlər