top
Peter Kralik: Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir Sport24.az
31 may 2025, 14:00
- +

Peter Kralik: "Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir"

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik "Report"a danışıb. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Dünya çempionatının finalında Azərbaycan və Macarıstan komandaları üz-üzə gələcəklər. Düşüncələriniz necədir?

- Bu, Azərbaycan üçün yaxşı xəbərdir. Ölkəniz üçün daha yaxşı xəbər o olardı ki, həlledici matçda qalib gələsiniz. Macarıstan çox yaxşı komandadır. Heyətlərində təcrübəli futbolçular yer alıb. Final görüşünün çox çətin keçəcəyini indidən proqnozlaşdırmaq olar.

 

- Hansı yığmanın şansını daha yüksək qiymətləndirirsiniz?

- Nəzərə almaq lazımdır ki, oyun 0:0-dan başlayır. Kim çox qol vursa, o da qələbə qazanacaq. İnanırıq ki, Milli Gimnastika Arenasına toplaşan azarkeşlər maraqlı finala şahidlik edəcəklər.

 

- Dünya çempionatının təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?

- İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır. Lakin yarış hələ başa çatmayıb. İnanıram ki, final qarşılaşmasının ab-havası daha möhtəşəm anlarla yadda qalacaq.

 

- 1/4 finalın Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib. Bu isə mundiallar tarixində mütləq rekorddur. Bunu əvvəlcədən gözləyirdiniz?

- Daha əvvəl ən yaxşı göstərici Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə qeydə alınmışdı. Həmin qarşılaşmanı 6513 tərəfdar canlı olaraq izləmişdi. Azərbaycan həmin turnirdə birinci olanda, artıq anladıq ki, ən yaxşı təşkilatçılardan biri məhz bu ölkə olacaq. Bakıda qeydə alınan azarkeş rekorduna görə yerli təşkilat komitəsini təbrik edirəm. Lakin az əvvəl də vurğuladığım kimi, yarış hələ bitməyib.

 

- Bakıdakı təşkilatçılıq digər ölkələrə müsbət mənada necə nümunə olacaq?

- Daha əvvəl keçirilən yarışlar Azərbaycan üçün yaxşı nümunə olub. Hansı ki, ölkəniz mundiala çox gözəl hazırlaşıb. İnanıram ki, digər ölkələr də Azərbaycana baxıb, daha da ruhlanacaqlar. Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:19

"İnter" Bastoni üçün 70 milyon avro qiymət təyin edib

Futbol
Bu gün, 22:17

"Neftçi" - "Qarabağ" oyununun keçiriləcəyi vaxt açıqlandı

Futbol
Bu gün, 22:16

Demçenko: "Hər qələbə komandaya inam verir" (Oyun sonrası mətbuat konfransı)

Futbol
Bu gün, 22:09

"Sumqayıt" - "Şamaxı" oyununda hesab açıldı: Rossi fərqləndi

Futbol
Bu gün, 22:08

"Şamaxı" "Sumqayıt"ı məğlub etdi

Güləş
Bu gün, 22:05

Ruzanna Məmmədova gümüş medal qazanıb, Fərid Sadıxlı finala yüksəlib - U-23 Avropa Çempionatı

Güləş
Bu gün, 21:57

Ruzanna Məmmədova U-23 Avropa Çempionatında Gümüş Medal Qazanıb

Cüdo
Bu gün, 21:56

Bakıda Avropa Kanoe Assosiasiyasının ofisinin yaradılması sahəsində əməkdaşlıq haqqında sənəd imzalanıb

Gimnastika
Bu gün, 21:50

Azərbaycan gimnastları batut üzrə Dünya Kubokunda medal qazanıblar

Futbol
Bu gün, 21:36

Füzuli Məmmədov: "Səhvlərimiz geridönüşü çətinləşdirdi"

Futbol
Bu gün, 21:35

"Sumqayıt" - "Şamaxı" oyunu: Start heyətləri və matçın gedişatı

Futbol
Bu gün, 21:32

"Sumqayıt" "Şamaxı" ilə qarşılaşır

Futbol
Bu gün, 21:26

Robert Levandovski "Yuventus"a keçə bilər

Futbol
Bu gün, 21:20

Pedro Netuya "Arsenal" oyununda qeyri-idman hərəkətinə görə cəza verildi

Futbol
Bu gün, 21:18

"Sumqayıt" - "Şamaxı" oyunu: İlk yarı başa çatdı, hesab açılmayıb

Futbol
Bu gün, 21:09

Füzuli Məmmədov: "Bəzi epizodlarda səhv qərarlar ikinci qolu vurmağa mane oldu"

Futbol
Bu gün, 21:05

"Kolambus Kryu" "Qarabağ"dan Toral Bayramova elçi düşüb

Güləş
Bu gün, 21:04

Almaniyalı güləşçidən Sakit Quliyevlə bağlı müsahibə: "Onu çox bəyənirəm"

Futbol
Bu gün, 20:57

Pablo Barrios zədələndi: "Atletiko"nun heyətində itki

Güləş
Bu gün, 20:36

Fərid Sadıxlı U-23 Avropa Çempionatının finalında, digər güləşçilərimiz də mübarizə aparır

Futbol
Bu gün, 20:32

"Sumqayıt" - "Şamaxı" matçı başladı: Komanda heyətləri və oyun öncəsi vəziyyət

Futbol
Bu gün, 20:32

"Sumqayıt" - "Şamaxı" Oyunu: Heyətlər və Başlama Vaxtı

Formula 1
Bu gün, 20:27

"Formula-1": Yaxın Şərqdəki Gərginliklər Bəhreyn və Səudiyyə Ərəbistanı Yarışlarını Təhlükəyə Atır

Futbol
Bu gün, 20:27

Leroy Sane iki oyunluq cəzalandırıldı

Oxşar xəbərlər