top
Orxan Məmmədov: Prezident İlham Əliyevin Sərəncamı minifutbola verdiyi önəmin göstəricisidir Idman.biz
05 iyun 2025, 11:44
- ↺ +

Orxan Məmmədov: Prezident İlham Əliyevin Sərəncamı minifutbola verdiyi önəmin göstəricisidir

"Prezident İlham Əliyevin minifutbol üzrə milli komandamıza göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi olaraq, yığmamızın inkişafı və fəaliyyətinin dəstəklənməsi məqsədilə 2 milyon manat məbləğində vəsaitin ayrılması barədə imzaladığı Sərəncamı böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşılayırıq".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.

O bildirib ki, bu mühüm qərar, dövlətimizin başçısının idmana, xüsusilə də minifutbola verdiyi önəmin bariz nümunəsidir: "Son illərdə Azərbaycan minifutbolunun beynəlxalq arenada qazandığı uğurlar, o cümlədən Avropa və dünya çempionu tituluna layiq görülməsi məhz dövlətimizin ardıcıl dəstəyi və yaradılmış şəraitin nəticəsidir".

Orxan Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin bu Sərəncamı milli komandanın qarşıdakı beynəlxalq yarışlara daha yüksək motivasiya ilə hazırlaşmasına, maddi-texniki bazanın gücləndirilməsinə, infrastrukturun təkmilləşdirilməsinə və minifutbolun ölkəmizdə daha da geniş yayılmasına təkan verəcək: "Bu, təkcə idman uğuru deyil, həm də gənclərimiz üçün sağlam həyat tərzi və komanda mədəniyyəti aşılayan mühüm sosial layihədir".

"Azərbaycan Minifutbol Federasiyası adından Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Əmin edirik ki, bu yüksək etimadı doğrultmaq, üçrəngli bayrağımızı beynəlxalq arenalarda yenidən dalğalandırmaq üçün əzmlə çalışacağıq. Dövlətimizin idmana verdiyi önəmi hər zaman əsas götürərək, ölkəmizin idman nüfuzunu daha da yüksəltmək üçün fəaliyyətimizi davam etdirəcəyik", - deyə federasiya prezidenti fikirlərini tamamlayıb.

Qeyd edək ki, minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasına 4:2 hesabı ilə qalib gələrək, nüfuzlu turnirin qalibi olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər