top
Orxan Məmmədov: Biz tarixi qələbəyə nail olduq Idman.biz
28 may 2025, 12:03
- ↺ +

Orxan Məmmədov: "Biz tarixi qələbəyə nail olduq"

"İnamımız var idi. Çünki bu günə qədər komandamız əzm nümayiş etdirmişdi. Oyundan qabaq demişdim ki, sakit olmaq lazımdır. Rəqib dünya çempionu idi. Bununla belə, biz onlardan heç də geri qalmırdıq".

İdman.biz xəbər verir ki, Futbolxeber.az saytına açıqlamasında bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının 1/8 finalında Rumıniya üzərində qazanılan qələbəni şərh edərkən deyib.

O, millimizin tarixi qələbə qazandığını vurğulayıb: "Birinci hissədə komandada bir qədər gərginlik var idi. Lakin uşaqlar fasilədən sonra özlərinə gəldilər. Xüsusilə penaltilərdə özünəinam yaranmışdı. Hesab edirəm ki, biz tarixi qələbə qazandıq. Dünya çempionlarını məğlub etdik. Bununla belə, arxayınlaşmaq olmaz. Qarşıda bizi daha ciddi oyunlar gözləyir".

Federasiya prezidenti millimizin qələbəsinin layiqli olduğunu qeyd edib: "Təbii ki, penaltilər seriyası lotoreyadır. Son Avropa çempionatında 1/4 finalda Qazaxıstana penaltilər seriyasında uduzmuşduq. Bu dəfə penaltilərə hazırlaşmışdıq, həm psixoloji, həm texniki cəhətdən. Millimiz əzmlə, zəhməti hesabına layiqli qələbə qazandı".

O.Məmmədov növbəti mərhələdəki rəqib barədə də fikirlərini bölüşüb: "Qarşıda bizi daha çətin oyun gözləyir. İngiltərə millisi güclü rəqibdir. Ümumiyyətlə, 1/4 finalda asan rəqib olmur. Komandaya ümidimiz var. Doğma azarkeşlərimiz önündə oynayırıq. Bu, az da olsa üstünlükdür".

Minifutbol federasiyasının rəhbəri azarkeşlərə çağırış edib: "Fürsətdən istifadə edib azarkeşlərə, fan klublara təşəkkürümü bildirirəm. Zal coşqudan partlayırdı. Oyuna bir neçə saat qalmış bütün biletlər satılmışdı. Bu, insanların minifutbola, Azərbaycan millisinə olan sevgisini göstərir. Çox istərdim ki, azarkeşlər İngiltərə ilə matçda da komandamıza bu cür möhtəşəm dəstək olsunlar".

"Ötən il rəhbəri olduğunuz "Zirə" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində penaltilər seriyasında qələbə qazanmışdı. Həmin matçda daha çox həyəcanlanmışdınız, yoxsa Rumıniya ilə görüşdə?" sualını belə cavablandırıb: "Həmin görüş yadımdadır. Qələbə sayəsində pley-off mərhələsinə yüksəlmişdik. Eyni hisslərdir. Sadəcə fərq ondadır ki, burada sevinməyə çox vaxt olmur. Artıq növbəti matçları düşünməlisən. Belə qələbələrə görə futbolu sevməyə, inkişaf etdirməyə dəyər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Oxşar xəbərlər