top
Nazirliyinin rəsmisi qeyd edib: Yarışların yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq arenada idman dövləti kimi nüfuzunun artmasına xidmət edir. Idman.biz
23 may 2025, 13:16
- ↺ +

Nazirliyinin rəsmisi qeyd edib: "Yarışların yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq arenada idman dövləti kimi nüfuzunun artmasına xidmət edir."

"Minifutbol üzrə dünya çempionatı Azərbaycanın ev sahibliyi etdiyi növbəti nüfuzlu yarışlardan biridir. Bildiyiniz kimi, ölkəmiz indiyədək ilk Avropa Oyunları, III İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlara ev sahibliyi edib".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

Nazirlik nümayəndəsi bildirib ki, minifutbol üzrə dünya çempionatı da əhəmiyyətli tədbirlərdən hesab olunur: "Bakı ayrı-ayrı illərdə müxtəlif idman növləri üzrə qitə və dünya çempionatlarını qəbul edib. Hər biri də yüksək səviyyədə təşkil olunub və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının sübutuna çevrilib. Minifutbola ölkəmizdə böyük maraq var. Sevindiricidir ki, Azərbaycan bu idman növü üzrə nəinki Avropada, hətta dünyada ən güclü milli komandaya sahib ölkə kimi tanınır. İnanıram ki, mundial minifutbolumuzun daha da populyarlaşmasına və inkişafına təkan verəcək. Eyni zamanda, üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirən ölkəmizin adı dünya idman tarixinə daha bir mötəbər tədbirə layiqincə ev sahibliyi edən dövlət kimi yazılacaq".

Mehdiyev bu il ölkəmizin Formula 1 Azərbaycan Qran-Prisi və III MDB Oyunlarına da ev sahibliyi edəcəyini xatırladıb: "Hər il paytaxımızda keçirilən Formula 1 yarışı da ölkəmizi dünyada tanıdan ən nüfuzlu yarışlardan biridir. Bu il 7 şəhərimizdə keçiriləcək III MDB Oyunları da paytaxtdan kənarda ən iri miqyaslı ilk multi idman yarışı olaraq tarixə yazılacaq".

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı iyunun 1-də başa çatacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Futbol
Bu gün, 14:15

Pep Qvardiola İtaliya millisini çalışdırmaq təklifini fasiləyə ehtiyacı olduğunu bildirərək rədd edib

Qarabağ FK
Bu gün, 14:14

Barselona ulduzlarının Bakı izləri: Kim qol vurdu, kim qalib qöymədi - Sabah-Barselona matçı öncəsi İDMAN.BİZ-in təhlili

Futbol
Bu gün, 14:10

Manuel Noyer Braziliyadan Münhenə yeni sevgilisi ilə qayıdıb

Futbol
Bu gün, 14:05

PSJ zədələnmiş oyunçular səbəbindən "Vilyarreal"ın yarımmüdafiəçisi Alberto Moleyronu qış transferində heyətinə qatmaq istəyir;

Futbol
Bu gün, 14:03

“Sabah” – “Barselona” matçına gələnlər üçün gediş haqqı 1 qəpik olacaq

Futbol
Bu gün, 14:00

Gəncəbasarın qapıçısı: Bir qol istədiyimiz nəticə deyil

Futbol
Bu gün, 14:00

Polşalı klublar Rüfət Abbasova 3 illik müqavilə təklifi etdi

Futbol
Bu gün, 13:59

Pep Qvardiola İtaliya millisinin təklifini rədd etməsindən utanır, amma gələcəkdə milli komanda baş məşqçiliyi üçün hazırdır

Futbol
Bu gün, 13:40

Barselona klubunun prezidenti Bakıda əyləndi - VİDEO

Futbol
Bu gün, 13:34

Litvaniyanın xarici işlər naziri Budris: Bu gün “Sabah”–“Barselona” matçını Bakıda izləyəcəyəm

Qarabağ FK
Bu gün, 13:26

“Qarabağ–Sumqayıt” oyununun biletləri 3 manata

Minifutbol
Bu gün, 13:23

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin rəqəmlərlə icmalı

Futbol
Bu gün, 13:14

Tottenhem" akademiyasının yetirməsi Luka Uilyams-Barnett ilə yeni müqavilə imzalayıb;

Qarabağ FK
Bu gün, 13:14

Ukrayna klubları "Qarabağ"ın futbolçusu Aleksey Kaşukun maaş şərtlərini qarşılamaqdaca gücsüzdür

Futbol
Bu gün, 13:08

Vinisius Junior PSV-yə qarşı "Real" forması ilə ÇL-də 35-ci qolunu vurub və Puşkaşın rekorduna çatıb;

Boks
Bu gün, 13:00

Avropa Boks Federasiyası Nazarovun final qələbəsini qiymətləndirdi

Futbol
Bu gün, 13:00

Milli futbolçu Rəhim Sadıxov Turan Tovuzdan ayrılmaq istəyi

Futbol
Bu gün, 12:52

Realın ulduzu Mbappə Çempionlar Liqasında Fransız futbol tarixini yenidən yazdı

Güləş
Bu gün, 12:49

Qol güləşi üzrə ilk Dünya Komanda Çempionatı Bakıda keçiriləcək

Güləş
Bu gün, 12:40

Azərbaycan Güləş Federasiyasının baş katibi elmi-praktik konfransda çıxış edib

Oxşar xəbərlər