Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçiriəcək. Sport24.az xəbər verir ki, yığmamız qrupdakı üçüncü görüşündə Fransa ilə üz-üzə gələcək.
"Tipos Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.
Qeyd edək ki, F qrupunun ilk oyununda Avstriyanı, ikinci görüşdə İtaliyanı (3:0) yenməyi bacaran millimiz pley-offa vəsiqəni təmin edib. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur. Qitə çempionatına iyunun 4-də yekun vurulacaq.