top
Lənkəranda Məktəblərdə Futbol Dərsi layihəsinin futzal turniri başa çatıb Sport24.az
17 mart 2026, 21:56
- +

Lənkəranda "Məktəblərdə Futbol Dərsi" layihəsinin futzal turniri başa çatıb

UEFA-nın "HatTrick" proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən "Məktəblərdə Futbol Dərsi" layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb. Sport24.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan turnirdə ümumilikdə 10 məktəbin komandası iştirak edib.

 

Lənkəran şəhəri Sütəmurdov kənd tam orta məktəbin idman zalında keçirilən yarışlarda 100-dən çox şagird (qız və oğlan) mübarizə aparıb.

 

 

Turnirin final görüşündə 4 saylı tam orta məktəbin komandasını üstələyən ev sahibi komanda – Sütəmurdov kənd tam orta məktəbinin kollektivi yarışın qalibi olub. 4 saylı tam orta məktəbin komandası ikinci, Hirkan kənd tam orta məktəbinin kollektivi isə üçüncü yeri tutub.

 

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. AFFA tərəfindən qalib komandaya kubok, ilk üç yeri tutan kollektivlərə isə hədiyyələr təqdim olunub. Bununla yanaşı, turnir ərzində fərqlənən oyunçular müxtəlif fərdi nominasiyalar üzrə mükafatlarla təltif ediliblər. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

 


Qeyd edək ki, "Məktəblərdə Futbol Dərsi" layihəsinin təşkilində əsas məqsəd məktəblilərin idmana, xüsusilə futbola marağını artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək, şagirdlərin fiziki aktivliyini yüksəltmək, futbol vasitəsilə komanda işi, dostluq və "fair-play" kimi dəyərlərin aşılanmasına şərait yaratmaqdır.

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:27

Azərbaycanın 3x3 basketbol milli komandaları Avropa Kubokuna vəsiqə uğrunda mübarizəyə başlayır

Futbol
Bu gün, 11:12

İran millisinin məşq etdiyi stadionun yaxınlığında çürümüş meyit tapıldı

Futbol
Bu gün, 11:00

„Şəfa“a keçən Arsen Ağcabəyov: „Klubda inkişaf etmək üçün yaxşı şərait var“

Voleybol
Bu gün, 10:38

Azərbaycan voleybol yığmaları Avropa Liqasındakı növbəti matçlarına hazırlaşır

Futbol
Bu gün, 10:23

İngiltərə millisinin əşyalarının oğurlanması ilə bağlı iki nəfər saxlanılıb

Futbol
Bu gün, 09:57

Dünya çempionatında futbol matçları: Türkiyə millisi Avstraliya ilə qarşılaşır

Futbol
Bu gün, 09:40

ABŞ-li müdafiəçi Kris Riçards mundialda unikal statistik göstəriciyə imza atdı

Futbol
Bu gün, 09:30

DÇ-2026: ABŞ - Paraqvay matçında tarixi qərar

Futbol
Bu gün, 09:20

Federiko Kyeza “Napoli”yə keçə bilər

Futbol
Bu gün, 09:00

Robert Levandovski MLS klubu ilə müqavilə imzalamaq üçün ABŞ-a səfər edib

Futbol
Bu gün, 08:40

Nottinqem Forest İnterə 25 milyon avro təklif edib

Futbol
Bu gün, 08:22

DÇ-2026: ABŞ milli komandası Paraqvayı 4:1 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 08:04

Ceyms Trafford “Mançester Siti”dən ayrılmağa yaxındır

Digər
Bu gün, 08:00

İran millisinin təlim bazasının yaxınlığında cəsəd tapıldı

Futbol
Bu gün, 07:13

Barselona Bredli Barkolaya 50 milyon avro təklif edəcək

Futbol
Bu gün, 07:13

ABŞ DÇ-2026-da ilk qələbəsini qazandı

Futbol
Bu gün, 06:42

DÇ-2026: İngiltərə millisinin təlim bazasında oğurluq hadisəsi

Futbol
Bu gün, 06:17

Bavariya Nataniyel Braunun transferi üçün rekord məbləğ ödəməyə hazırlaşır

Futbol
Bu gün, 05:11

Kanada milli futbol komandası tarixi nailiyyətə imza atıb

Digər
Bu gün, 04:15

Hakerlər FBI dronları ilə DÇ-2026-ya hücum etməklə hədələyirlər

Futbol
Bu gün, 03:12

Martin Demikelis “RB Leypsiq”ə baş çəkiyəcək

Digər
Bu gün, 02:14

UFC Freedom 250 Ağ Evin çəmənliyində keçiriləcək

Futbol
Bu gün, 01:10

Pedro Porro "Tottenhem Hotspur"la müqaviləsini uzatmağa yaxındır

Futbol
Bu gün, 00:57

DÇ-2026: Kanada - Bosniya və Herseqovina görüşündə hesab heç-heçə olub

Oxşar xəbərlər