top
Futsalda böyük futboldan gələnlərin performansı gözlənilən kimi deyil – Elvin Quliyev açıqladı Idman.biz
19 noyabr 2026, 16:38
- ↺ +

Futsalda böyük futboldan gələnlərin performansı gözlənilən kimi deyil – Elvin Quliyev açıqladı

"Böyük futbolla vidalaşan şəxslərin futzala keçərək bacarıqlarını nümayiş etdirməsi üçün bütün məhdudiyyətləri aradan qaldırmışıq".

Bu sözləri futzal üzrə Azərbaycan Yüksək Liqasının 2026/2027-ci illər mövsümünə həsr olunmuş mərasimdə iştirak edən Azərbaycan millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev İdman.Biz-ə açıqlamasında deyib.

Elvin Quliyev bildirib ki, bu ildən etibarən istər Azərbaycan Premyer Liqasında, istər Birinci Liqada, istərsə də həvəskar liqalarda çıxış edən futbolçuların futzala keçidinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb:

"Belə deyək, futzalın qapısı böyük futboldan gələn şəxslərin üzünə açıqdır. Mümkündür ki, hətta həvəskar liqalarda çıxış edən futbolçu bu gün futzal millimizə düşmək şansı qazansın. Kimin futzal bacarığı varsa, kim özünü bu idman növündə sübut etmək istəyirsə, buyursun, gəlsin".

Bununla belə, Elvin Quliyev xatırladıb ki, futzal çox intensiv idman növüdür və oyunçulardan yüksək fiziki göstəricilər tələb edir:

"Böyük futbolda oyunçu meydanın hansısa hissəsində sadəcə dayana bilər. Lakin futzalda belə bir vəziyyətə rast gəlmək mümkün deyil, çünki oyun olduqca dinamikdir. Öz təcrübəmə əsasən deyə bilərəm ki, böyük futboldan futzala gələnlər gözlənilən effekti vermir. Müasir futzal çox inkişaf edib. Oyunun sürəti yüksəkdir".

Mütəxəssis hesab edir ki, futzalçı bu idman növünün xüsusiyyətlərinə uyğun olaraq təməldən hazırlanmalıdır:

"Xüsusən aşağı yaş qruplarında uşaqlarla intensiv məşqlər aparılmalıdır. Əzələlər yüksək fiziki yüklənməyə hazır olmalıdır. Futzalda sürətli driblinq və vaxtında lazımi mövqeyə açılmaq tələb olunur. İdmançı bunları hələ kiçik yaşlarından mənimsəməyə başlamalıdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 00:51

Azərbaycanın U-16 voleybol millisi Litvanı məğlub etdi

Futbol
Bu gün, 00:50

Rayondakı stadionda insident, qovulmalar və digər hadisələr... VİDEO

Futbol
Bu gün, 00:39

Azərbaycan millisinin futbolçusu ‘Sampdoriya’ qələbəsinə qol töhfə verdi

Futbol
Bu gün, 00:30

Pafos komandası Kiprdə Omoniya Aradippunu 2:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:29

Krivotsyuk oynamadı, komandası qalib gəldi

Futbol
Bu gün, 00:20

Dortmundun yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasının dörd klubunun maraq dairəsindədir

Futbol
Bu gün, 00:16

“Mançester Siti” evdə, “Arsenal” səfərdə xal itirdi

Futbol
Bu gün, 00:13

“Qalatasaray”ın qələbəsi - Video

Futbol
Bu gün, 00:10

Argentinalı müdafiəçinin transferinə qarşıdır - “Barselona”nın baş məşqçisi

Digər
Bu gün, 00:03

Qılıncoynatma üzrə ölkə birinciliyinin bütün qalibləri müəyyənləşdi - FOTO

Futbol
Bu gün, 00:00

“Qalatasaray”ın baş məşqçisi oyundan sonra QOVULDU

Futbol
Dünən, 23:55

"Barselona"nın müdafiəçisi "Sabah"la oyunu buraxacaq – RƏSMİ

Futbol
Dünən, 23:25

Elçin Məsiyevə dünya çempionatının oyunu tapşırıldı

Futbol
Dünən, 23:08

Mourinyo 'Real Madrid'də üçüncü mərhələyə keçib: 29 gündə doqquz oyun gözləyir

Futbol
Dünən, 23:06

Kaxaber Sxadadze Latviyanın "Liepaya" klubunun baş məşqçisi oldu;

Futbol
Dünən, 23:00

Startda iki darmadağın

Futbol
Dünən, 23:00

Neytan Oduva: "Turan Tovuz" azarkeşlərinin dəstəkini heç vaxt unutmayacağam"

Futbol
Dünən, 22:53

Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı

Cüdo
Dünən, 22:48

Ramazan Əhmədov: “Çempion olmağa gəlmişdim”

Futbol
Dünən, 22:40

“Bu klubları Premyer Liqaya buraxmaq düzgün olmaz”

Futbol
Dünən, 22:38

Pau Kubarsi və Kata Koll “Premi Barça Jugadors” mükafatını qazandı

Qarabağ FK
Dünən, 22:35

Nihad Əhmədzadə: Qırmızı vərəqə hər şeyi pozdu

Futbol
Dünən, 22:35

“Qalatasaray”dan rekord, “Fənərbağça” xal itirdi

Futbol
Dünən, 22:34

“Amed”in futbolçusu yoxa çıxdı – Baş məşqçi yerini bilmir

Oxşar xəbərlər