top
Futzal üzrə milli komandanın keçmiş baş məşqçisi: Azərbaycanda yenidən işləmək arzusundayam - MÜSAHİBƏ Idman.biz
18 aprel 2025, 13:13
- ↺ +

Futzal üzrə milli komandanın keçmiş baş məşqçisi: "Azərbaycanda yenidən işləmək arzusundayam" - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan" komandasının keçmiş baş məşqçisi Joze Alesionun AZƏRTAC-a müsahibəsi

- Azərbaycanda keçirdiyiniz günləri necə xatırlayırsınız?

- Azərbaycanla bağlı çoxlu xoş xatirəm var. Həmişə deyirəm ki, Azərbaycan Braziliyadan sonra ikinci vətənim, mənə qucaq açan ölkədir. Məşqçi karyeram elə oradan başladı. Yaxşı dostlar və həyatımın sonuna kimi özümlə aparacağım nailiyyətlər qazandım. İndi də özümü azərbaycanlı kimi hiss edirəm.

- Ölkəmizdə sizin üçün ən yaddaqalan hadisə nə olub?

- Yaddaqalan hadisələr çoxdur. Amma 2009-cu ildə Avropa çempionatında 4-cü olmağımızı xüsusi qeyd edə bilərəm. Şübhəsiz ki, bu nəticə tarixdə öz izini qoydu. Portuqaliya ilə keçirilmiş oyunun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatmışdı. Yalnız penaltilər seriyasında məğlub olduq. Finala çıxmaq şansımız var idi. Bu, Azərbaycan futzal tarixində indiyədək yaşanmayan hadisə idi.

- Maraqlıdır, milli komandadakı uğurunuzun sirri nə idi?

- Birinci ildəki bu uğur layihəyə və işimə inanan, çətin anlarımda mənə dəstək olan, yaxşı iş görmək üçün bizə hər zaman şərait yaradan federasiya rəhbərliyindən və futzalçılardan aldığım böyük dəstəklə bağlıdır. Hər zaman komanda idman növündə oyunçuların əhəmiyyətindən danışıram. Futzalçılar nəticələrə və məşqçinin verdiyi tapşırıqlara məsuliyyətlə yanaşmalıdırlar.

- Uzun müddət Azərbaycanda işləmisiniz. Ölkəmiz yaddaşınızda hansı xoş izləri buraxıb?

- On üç il Azərbaycanda işləmişəm. Bakıda özümü evimdəki kimi hiss edirdim. Ailəmə göstərilən qayğıya görə hər zaman minnətdar olacağam.

- Azərbaycanda olan dostlarınızla əlaqə saxlayırsınız?

- İşlərimiz çox olduğundan tez-tez əlaqə saxlamaq olmur. Amma fürsət tapdıqca, danışdığım insanlar var. Ad çəkmək istəmirəm. Çünki onların hamısının adlarını burada yaza bilməyəcəyəm (gülür).

- Hazırda Qazaxıstanda "Ordabası" klubunun baş məşqçisi kimi fəaliyyətinizi davam etdirirsiniz. Qazaxıstan ilə Azərbaycan futzalını necə müqayisə edərdiniz?

- Qazaxıstan futzalı hazırda öndədir. Onların çox rəqabətli çempionatı var. Milli və klub səviyyəsində aşağı yaş qruplarından ibarət komandalar var və buna görə də son vaxtlar gözəl nəticələr əldə edirlər.

- Yenidən Azərbaycana qayıtmaq istərdiniz?

- Nə vaxtsa federasiyadan dəvət olsa, geri qayıtmaq istərdim. Çünki bu, mənim hər zaman məqsədim olub. Arzum Azərbaycan futzalını həmişə ən yüksək yerlərdə görməkdir.

- Hazırda Azərbaycan millisində legionerlər çıxış etmirlər. Millinin nəticələri əvvəlki illərlə müqayisədə elə də yaxşı deyil. Bəziləri bunu heyətdə braziliyalı oyunçuların olmaması ilə əlaqələndirir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Millinin oyunlarını izləyirəm. Bəli, bilirəm ki, artıq braziliyalılar yoxdur. Bu hadisənin nə vaxtsa olacağı gözlənilirdi. Mənə görə, nəticələrin belə olması liqanın zəifləməsi ilə bağlıdır. Klublarda gənc oyunçular çox azdır. Amma inanıram ki, federasiya rəhbərliyinin öz planı var və Azərbaycan futzalını yenidən yüksək yerlərə qaytaracaq.

- Sabiq komandanız "Araz-Naxçıvan" barədə nə deyə bilərsiniz?

- "Araz Naxçıvan" Azərbaycan futzalında böyük tarixə malik ən titullu klubdur. Avropada böyük nailiyyətlər əldə edib. Unutmaq olmaz ki, komanda iki dəfə Çempionlar Liqasında üçüncü yeri tutub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Dünən, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Dünən, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Dünən, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Oxşar xəbərlər