top
Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: Bakıda təşkil olunan mundial indiyədək keçirilənlərin ən gözəlidir - MÜSAHİBƏ Report.az
31 may 2025, 12:39
- +

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Bakıda təşkil olunan mundial indiyədək keçirilənlərin ən gözəlidir" - MÜSAHİBƏ

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik "Report"a müsahibə verib. O, Azərbaycanda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil olunmasından, ötən gün qeydə alınan azarkeş rekordundan və digər maraqlı məqamlardan danışıb. Qurum rəsmisi mundialın finalında üz-üzə gələcək Azərbaycan və Macarıstan yığmalarının şanslarını da dəyərləndirib.

- Dünya çempionatının finalında Azərbaycan və Macarıstan komandaları üz-üzə gələcəklər. Düşüncələriniz necədir?

- Bu, Azərbaycan üçün yaxşı xəbərdir. Ölkəniz üçün daha yaxşı xəbər o olardı ki, həlledici matçda qalib gələsiniz. Macarıstan çox yaxşı komandadır. Heyətlərində təcrübəli futbolçular yer alıb. Final görüşünün çox çətin keçəcəyini indidən proqnozlaşdırmaq olar.

- Hansı yığmanın şansını daha yüksək qiymətləndirirsiniz?

- Nəzərə almaq lazımdır ki, oyun 0:0-dan başlayır. Kim çox qol vursa, o da qələbə qazanacaq. İnanırıq ki, Milli Gimnastika Arenasına toplaşan azarkeşlər maraqlı finala şahidlik edəcəklər.

Peter Kralik Peter Kralik

- Dünya çempionatının təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?

- İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır. Lakin yarış hələ başa çatmayıb. İnanıram ki, final qarşılaşmasının ab-havası daha möhtəşəm anlarla yadda qalacaq.

- 1/4 finalın Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib. Bu isə mundiallar tarixində mütləq rekorddur. Bunu əvvəlcədən gözləyirdiniz?

- Daha əvvəl ən yaxşı göstərici Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçında - Slovakiya - Belçika görüşündə qeydə alınmışdı. Həmin qarşılaşmanı 6513 tərəfdar canlı olaraq izləmişdi. Azərbaycan həmin turnirdə birinci olanda, artıq anladıq ki, ən yaxşı təşkilatçılardan biri məhz bu ölkə olacaq. Bakıda qeydə alınan azarkeş rekorduna görə yerli təşkilat komitəsini təbrik edirəm. Lakin az əvvəl də vurğuladığım kimi, yarış hələ bitməyib.

- Bakıdakı təşkilatçılıq digər ölkələrə müsbət mənada necə nümunə olacaq?

- Daha əvvəl keçirilən yarışlar Azərbaycan üçün yaxşı nümunə olub. Hansı ki, ölkəniz mundiala çox gözəl hazırlaşıb. İnanıram ki, digər ölkələr də Azərbaycana baxıb, daha da ruhlanacaqlar. Hər kəs gördü ki, minifutbol Bakıda çox sevilir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:27

Yürgen Klopp Almaniyanın Kurasao üzərində 7:1 hesablı qələbəsini izləyib

Futbol
Bu gün, 01:23

Yürgen Klopp Almaniyanın Kurasao üzərində 7:1 hesablı qələbəsini tribunadan izləyib

Futbol
Bu gün, 00:39

Almaniya millisinin hücumçusu Kay Haverts Kurasao üzərindəki qələbəni şərh edib

Olimpiada
Bu gün, 00:23

Bakıda Qaçış Mədəniyyəti Forumu keçirildi

Futbol
Bu gün, 00:13

PSV Anas Salah-Eddini heyətində saxlaya bilməyəcək

Digər
Dünən, 23:48

İrina Zaretska Karate1 Premyer Liqasında qızıl medal qazanıb

Futbol
Dünən, 23:32

Almaniya Braziliyanı geridə qoyaraq mundialda ən çox qol vuran komanda oldu

Digər
Dünən, 23:17

Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşdə qızıl medal qazanıb

Futbol
Dünən, 23:05

Almaniya millisi DÇ-2026-da ilk qələbəsini qazandı

Futbol
Dünən, 23:00

Almaniya Kurasao ilə matçda qələbə qazandı

Futbol
Dünən, 23:00

Almaniya Kurasao üzərində qəti qələbə qazandı

Futbol
Dünən, 22:55

DÇ-2026: Almaniya Kurasao üzərində qələbə qazandı

Futbol
Dünən, 22:25

Arda Turan Ukrayna Premyer Liqasında ən yaxşı baş məşqçi seçildi

Futbol
Dünən, 22:21

Mərakeş millisinin mundialdakı unikal rekordu

Güləş
Dünən, 22:02

Azərbaycan savatçıları Avropa gənclər çempionatında 5 medal qazanıb

Futbol
Dünən, 21:46

Dik Advokat Dünya Çempionatları tarixində ən yaşlı baş məşqçi olub

Futbol
Dünən, 21:46

Dik Advokat Dünya Çempionatları tarixində ən yaşlı baş məşqçi olub

Şahmat
Dünən, 21:39

Məhəmməd Muradlı "UzChess Cup"da qalib oldu

Futbol
Dünən, 21:19

Elgiz Kərəmli “Kəpəz”də baş məşqçi köməkçisi vəzifəsində çalışacaq

Futbol
Dünən, 21:09

DÇ-2026: Almaniya millisinin Kurasao ilə qarşılaşması başlanıb

Basketbol
Dünən, 20:57

„Neftçi“ qızlar arasında U-15 basketbol çempionu oldu

Futbol
Dünən, 20:27

Braziliya - Mərakeş 1:1: Danilo fikirlərini bildirdi

Futbol
Dünən, 19:58

Ferdi Kadıoğlu "Mançester Yunayted"ə keçə bilər

Tennis
Dünən, 19:52

Ben Şelton Ştutqartda çempion oldu

Oxşar xəbərlər