top
Davud Kərimi hesab edir ki, Azərbaycan milli komandasının İngiltərə ilə matçda qələbə qazanmaq üçün yaxşı imkanları var Idman.biz
29 may 2025, 17:02
- ↺ +

Davud Kərimi hesab edir ki, Azərbaycan milli komandasının İngiltərə ilə matçda qələbə qazanmaq üçün yaxşı imkanları var

"Oyunları arenadan izləyirəm və komandanın yanında olduğumu daim hiss etdirməyə çalışıram".

Bunu İdman.biz-ə minifutbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi deyib.

O, Bakıda təşkil olunan dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün baş tutacaq Azərbaycan – İngiltərə matçı öncəsi fikirlərini açıqlayıb. Kərimi bildirib ki, maraqlı oyun keçəcək: "Ümid edirəm ki, matç bizim qələbəmizlə bitəcək. Azərbaycan millisinin bu oyunda şanslarını daha yüksək qiymətləndirirəm. İngiltərə də çox yaxşı rəqibdir".

Kərimi millimizin mərhələ adlayacağı halda güclü rəqiblərlə oynayacağını qeyd edib: "1/8 finalda son dünya çempionu Rumıniya yığmasını mübarizədən kənarlaşdırdılar. Mənə elə gəlir ki, həmin matçı erkən final da adlandırmaq olardı. Qarşıdakı rəqiblər də çox güclüdür. Onları da ciddiyə almaq lazımdır. Hazırda komandanın tam olaraq komplektləşib, oyunçularımızın sayı da çoxdur. Ancaq ola bilər ki, növbəti günlərdə fiziki cəhətdən müəyyən qədər çətinlik olsun. Çünki bundan sonra gündəlik oyunlar başlayacaq. Onda bir qədər çətinlik yarana bilər. Hazırda isə komandada vəziyyət yaxşıdır. Güclü oyunçular var. Kapitanımız Elvin Əlizadənin adını xüsusilə qeyd etmək istəyirəm. Ümumiyyətlə, o, çempionatın ən yaxşı oyunçularından biridir".

Qeyd edək ki, İngiltərə - Azərbaycan matçının start fiti 20:30-da səslənəcək.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
08 oktyabr 2026, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
08 oktyabr 2026, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
08 oktyabr 2026, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
08 oktyabr 2026, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
08 oktyabr 2026, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
08 oktyabr 2026, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
08 oktyabr 2026, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
08 oktyabr 2026, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
08 oktyabr 2026, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Oxşar xəbərlər