top
Bakıda təşkil olunan dünya çempionatında Avropa ölkələrinin daha çox uğur qazanması Idman.biz
27 may 2025, 16:12
- ↺ +

Bakıda təşkil olunan dünya çempionatında Avropa ölkələrinin daha çox uğur qazanması

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Avropa komandaları aşkar üstün nəticələr nümayiş etdirirlər. Qrup mərhələsindən sonra bu qənaətə gəlmək olar – 1/8 final mərhələsinə "Qoca qitə"dən 14 komanda vəsiqə qazanıb. Digər qitə təmsilçilərindən isə müarizəni yalnız Mavritaniya (Afrika) və Tailand (Asiya ) davam etdirirlər.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsində bəzi cütlüklər kifayət qədər maraqlı alınıb.

Məsələn, Azərbaycan yığması hazırkı dünya çempionu Rumıniya ilə qarşılaşacaq. Bununla belə, turnirin gedişi göstərdi ki, titullu komandalar da Bakıda oyun və nəticə baxımından çətinliklər yaşaya bilirlər. Misal üçün, bir vaxtlar dünya çempionu olmuş ABŞ komandası bu dəfə qrupdan çıxa bilmədi: bir heç-heçə və iki məğlubiyyətlə kifayətləndi.

Təbii ki, pley-off matçlarının özünəməxsusluğu var – bir səhv, bir epizod oyunun taleyini həll edə bilər. Buna görə də komandaların daha ehtiyatlı oynaması gözlənilir. Belə hallarda psixoloji amil də ön plana çıxır və əlbəttə, Azərbaycan futbolçuları üçün doğma meydan faktoru həlledici rol oynaya bilər.

Qrup mərhələsində cəmi iki komanda maksimum xal toplayıb – Portuqaliya və Serbiya. Onlar keçirdikləri hər üç oyunda qələbə qazanıblar. Xüsusilə portuqaliyalılar yüksək məhsuldarlıq nümayiş etdiriblər: 13 qol vurub, öz qapılarından cəmi 2 top buraxıblar. Nəticədə bombardirlər yarışına 6 qolla portuqaliyalı Tiaqo başçılıq edir.

Pley-off mərhələsində kifayət qədər özünəməxsus komandalar yer alıb. Məsələn, Gürcüstan qrupda inamlı çıxış edərək Argentinanı beş top fərqi ilə məğlub edib.

Bir qədər gözlənilməz nəticə isə Bosniya və Herseqovinanın öz qrupunda birinci yeri tutması oldu. Bu qrupda Polşa, Qazaxıstan və ABŞ da yer alırdı. Amerikalılar üzərində qələbədən sonra bosniyalılar iki heç-heçə ilə kifayətləndilər və bu nəticə də onlara qrup liderliyi üçün bəs etdi. Qazaxıstan isə ikinci yeri tutan Polşadan cəmi bir xal geri qaldı.

1/8 final mərhələsinin təqvimi elə tərtib olunub ki, bütün oyunlar iki gün ərzində baş tutacaq. Bu da o deməkdir ki, sabah gecə yarısına yaxın bütün 1/4 finalçılar məlum olacaq. Ümid edirik ki, onların arasında Azərbaycan yığması da olacaq.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Oxşar xəbərlər