top
Bakıda keçiriləcək DÇ-2025: Milli komandamız, səkkizlikdə daimi iştirakçı və yeni başlayan Idman.biz
29 may 2025, 15:21
- ↺ +

Bakıda keçiriləcək DÇ-2025: Milli komandamız, "səkkizlik"də daimi iştirakçı və yeni başlayan

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsi başa çatdıqdan sonra mundialın ən yaxşı 8 komandası bəlli olub.

Ardıcıl 2-ci uğur
Azərbaycan millisi özü üçün debüt çempionatı olan DÇ-2023-ün yarımfinalçısıdır. Həmin vaxt 4-cü yeri tutan yığmamız ardıcıl ikinci mundialda 1/4 final oynayacaq.

İkinci cəhddən rekordçular
Millimiz kimi Bosniya və Herseqovina da ikinci dəfə mundiala qatılıb. Balkanlılar Bakıda tarixinin rekorduna imza atıb. DÇ-2017-də 1/8 finalda uduzan yığma bu dəfə həmin səddi adlayıb. Sabiq Yuqoslaviyanın daha bir təmsilçisi tarixinin rekorduna ikinci cəhddən imza atıb. DÇ-2023-ə 1/8 finalda vida edən Monteneqro bu dəfə səkkiz ən yaxşı komanda arasıdnadır.

Çex ənənəsi
1/4 finalın ən təcrübəli komandası Çexiyadır. Bütün mundialların iştirakçısı heç vaxt 1/4 finaldan tez dayanmayıb. DÇ-2017-nin çempionu 2015, 2019 və 2023-cü illərdə yarımfinalın bir addımlığında uduzub.

Addım-addım irəli
İngiltərə tarixində 3-cü dəfə mundiala qatılıb. DÇ-2019-da qrupda qalan yığma dörd il sonra bir addım irəliləyib. Həmin vaxt britaniyalılar 1/8 finalda büdrəyib. Bakıda daha bir addım atan İngiltərə tarixində ilk dəfə 1/4 finala yüksəlib.

3-cü yarımfinal arzusunda
Çexiya kimi Macarıstan da qatıldığı bütün mundiallarda 1/4 final həyəcanı yaşayıb. Amma onlar ilk çempionata qatılmayıblar. DÇ-2017-də 1/4 finalda qalan macarlar son iki turnirdə yarımfinal oynayıb. Əvvəl 4-cü, sonra 3-cü yeri tutan komanda ardıcıl 3-cü yarımfinalın arzusundadır.

Təəccübləndirən serblər
Serbiya yığması mundialların təcrübəli komandası sayılır. 4-cü dəfə dünya çempionatına qatılan yığma ciddi uğuru ilə yadda qalmayıb. DÇ-2015 və DÇ-2023-də qrupda qalan komandanın yeganə uğuru DÇ-2019-un 1/8 finalı idi. Amma Bakıda tarixinin ən yaxşı nəticəsini göstərən Serbiya artıq 1/4 finaldadır.

Avropanın qarşısına çıxan debütant
1/4 finalda oynayacaq 8 komandadan 7-si Avropanı təmsil edir. Yeganə istisna Mavritaniyadır. Afrika təmsilçisi tarixində ilk dəfə qatıldığı mundialda iirəliləməkdə davam edir. Debütant "iştah diş altındadır" ifadəsindən ruhlanaraq yarımfinalın bir addımlığına qədər irəliləyib.

Qeyd edək ki, DÇ-2025-in 1/4 final oyunları bu gün keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Oxşar xəbərlər