top
Bakıda dünya çempionatının açılış mərhələsi: Sensasiya, böyük hesablı qələbə, təhlükəli yeni iştirakçılar Idman.biz
23 may 2025, 10:54
- ↺ +

Bakıda dünya çempionatının açılış mərhələsi: Sensasiya, böyük hesablı qələbə, təhlükəli yeni iştirakçılar

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının ilk turu başa çatıb.

İdman.biz xəbər verir ki, iki gün ərzində 8 qrupda 16 matç keçirilib.

Bu görüşlər bəzi məqamlarla yadda qalıb.

56 qol
16 görüşdə 56 qol qeydə alınıb. Turun ilk günündə 33, ikinci günündə 23 top vurulub. Orta məhsuldarlıq 3,50-yə bərabər olub. D qrupunda daha çox – 19 qol vurulub. F qrupunda isə bu rəqəm 9-a bərabərdir. E qrupunun oyunlarını izləyənlər isə ən az – cəmi 3 qola şahid olublar.

Millimiz büdrəyib
Ötən mundialın 4-cüsü olan Azərbaycan millisi favorit olduğu çempionata xal itkisi ilə başlayıb. Elşad Quliyevin yetirmələri gözlənilmədən Bəhreynlə matçda büdrəyib. 1:1 hesablı bərabərlik çempionluq arzusunda olan komandamızın yarışa qələbə ilə başlamasına imkan verməyib.

Yenə Hindistan
Turun ən məhsuldar matçında 15 qol vurulub. Slovakiya Hindistanla görüşdə asiyalıları darmadağın edib. Əvvəlki mundiallarda da ikirəqəmlə ədəd sayında qollar buraxmağa adət edən hindistanlılar Bakıdakı yarışın da ən aciz komandası imicini qazanıb.

Çempiondan çətin qələbə
Bakıya titulunu qorumağa gələn Rumıniya artıq ilk turda çətinliklə üzləşib. Özbəkistanla qarşılaşmada ciddi müqavimətə rast gələn son çempion minimal fərqlə sevinib – 2:1. Fransa və Çadın da yer aldığı qrupda lider olan Rumıniyanın işi heç də asan görünmür.

İlk sensasiya
Millimizin Bəhreynlə oyunda xal itirməsi gözlənilməzlik sayılsa da, turun ən böyük sensasiyası F qrupuna olub. İki il əvvəl finalda uduzan Qazaxıstan Milli Gimnastika Arenasında mübarizəyə məğlubiyyətlə başlayıb. Vitse-çempion Polşa ilə matçda hesabı açsa da, sonda meydandan xalsız ayrılıb – 1:2.

"Ay-ulduzlular"dan uğurlu debüt
Azərbaycan millisinin iki il əvvəl bürünc medal uğrunda matçda uduzduğu Macarıstan üçün də çempionat xal itkisi ilə başlayıb. Onları mundialların debütantı Türkiyə büdrədib. "Ay-ulduzlular" güclü rəqibindən bir xal qoparıb – 1:1. Bir sözlə, BƏƏ-də yarımfinal oynayan dörd komandadan yalnız Rumıniya Bakıdakı ilk turda qələbə qazanıb.

Təhlükəli debütantlar
Tarixində ilk dəfə dünya çempionatına qatılan komandalar iddialı rəqiblər üçün təhlükəyə çevriliblər. 9 debütantdan yalnız üçü ilk turda uduzub. Özbəkistan son çempion Rumıniyaya (1:2), Çad Fransaya (0:1) müqavimət göstərə bilibsə (1:2), İsrail Serbiyaya 0:3 hesabı ilə məğlub olub. Türkiyə ilə Bəhreyn son mundialın yarımfinaıçıları Macarıstan və Azərbaycanla, millimizin qrupdakı rəqibləri Sloveniya ilə Mavritaniya bir-biri ilə heç-heçə edib – hamısı 1:1. Debütantlardan İndonzeziya Kosta-Rikanı 1:0, Polşa vitse-çempion Qazaxıstanı 2:1 hesabı ilə üstələyib.

Dörd darmadağın
İlk turun dörd görüşündə 3 və ya daha çox top fərqi qeydə alınıb. Slovakiya Hindistanı 15:0 hesabı ilə darmadağın edib. Avropalıların duelində İngiltərə Ukraynanı 4 qolla məyus edib. H qrupunun hər iki görüşü 3:0 hesabı ilə bitib. İspaniya Qananı, Serbiya İsraili bu nəticə ilə məyus edib.

Futbol ənənələri minifutbola gəlir
Futbol üzrə dünya çempionu olan ölkələrdən heç biri indiyədək eyni uğuru minifutbolda təkrarlamayıb. Amma böyük futbol ənənələrinə malik yığmalar Bakıda uğurlu starta seviniblər. İngiltərə Ukraynanı 4:0, İspaniya Qananı 3:0, Fransa Çadı 1:0 hesabı ilə məğlub edib. Çexiyaya 1:2 hesabı ilə uduzan Argentina da ilk görüşdə xoş təsir bağışlayıb. Klassik futbolda çempion olan 4 ölkə - Braziliya, Almaniya, İtaliya, Uruqvay isə minifutbol mundialında iştirak etmir.

Qeyd edək ki, çempionatın qrup mərhələsinin II turunun oyunları mayın 23-24-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Oxşar xəbərlər