top
Bakıda davam edən adət: Çempionluğun ağır məsuliyyəti Idman.biz
28 may 2025, 13:18
- ↺ +

Bakıda davam edən adət: Çempionluğun ağır məsuliyyəti

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsinin ilk günü Azərbaycan millisinin Rumıniya üzərində qələbəsi ilə əlamətdar olub.

Yığmamız 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında qalib gəlib. Bununla da DÇ-2023-ün çempionu titulu ilə vidalaşıb. Amma "Kral öldü" ifadəsi minifutbol üzrə dünya çempionatları üçün ənənəvi hal alıb.

İndiyədək dünya çempionu olan heç bir komanda növbəti yarışda yarımfinal görməyib. Bakıda qoyulan ənənənin təməli xeyli əvvəllər qoyulub.

Evdə çempionun taleyi
2015-ci ildə keçirilən ilk mundiala ABŞ ev sahibliyi edib. Şimali amerikalılar doğma meydanda çempionluq sevinci yaşayıblar. Futbolda uğura həsrət komanda minifutbolda arzusunu gerçəkləşdirib. İki il sonra onları 1/8 finalda dayandırıblar. Meksika "Kral öldü" deməyi bacarıb – 4:3. "Atsteklər" isə çempionu büdrətdikdən sonra yekunda gümüş medal qazanıblar.

Yenə meksikalılar
Tunisdə çempion ABŞ-ı dayandıran Meksika finalda Çexiyaya uduzub. 2 il sonra Avstraliyaya titulunu qorumağa gedən Avropa təmsilçisi 1/8 final səddini aşa bilib. Amma 1/4 finalda onların qabağına tanış rəqib çıxıb. İki il əvvəl finalda məğlub etdikləri, həmin vaxt çempionu dayandıran Meksika! Şimali amerikalılar ardıcıl ikinci mundialda çempionun yolunu kəsiblər – 2:1. Yenə də titul sahibini udan komanda finala qədər irəliləyib. Amma bu dəfə Meksikanın özü çempion olub.

Çempionların qəniminin qənimi
Koronavirus pandemiyası bütün idman növləri kimi minifutboldan da yan ötməyib. 4-cü dünya çempionatı 2021-ci ildə deyil, 2023-cü ildə baş tutub. BƏƏ-yə titulunu qorumaq üçün gedən komanda Meksika olub. Həmin Meksika ki, əvvəlki çempionlara qənim kəsilib. "Atsteklər"in də taleyi fərqli olmayıb. Onlar da 1/8 finalda uduzublar. Qazaxıstan "Kral öldü"nü penaltilər seriyasında rəsmiləşdirib – 0:0, p. 2:1. Sensasiyanın sahibi finala qədər irəliləyib və yarımfinalda Azərbaycan millisini məğlub edərək bunu bacarıb. Amma Qazaxıstan həlledici görüşdə Rumıniyaya bitmək bilməyən penaltilər seriyasında uduzub – 2:2, p.11:12.

Millimizi gözləyən final
Şimali Amerikadan başlayan mundiallarda Afrika, Avstraliya, Asiya qitələri çempionun titulunu itirməsinə şahid olmuşdu. İlk dəfə Avropaya gələn dünya çempionatında da eyni ssenari yaşandı. Rumıniya 1/8 finalda millimizə uduzdu. İlk dəfə çempionu meydan sahibi dayandırıb.
Amma 2017-ci və 2023-cü ildəki kimi bu hadisə 1/8 finala təsadüf edib. 2019-da isə 1/4 finalda çempionu dayandırmışdılar. Amma hər üç halda titul sahibini udan komanda finala yüksəlir.
Bunu 1/8 finalda bacaran Meksika DÇ-2017-nin, Qazaxıstan isə DÇ-2023-ün gümüş mükafatını qazanıb. Çempionu 1/4 finalda saxlayan Meksika isə DÇ-2019-un qızılına sahib çıxıb. Bütün bu tendensiyalar millimizə final vəd edir.

Qeyd edək ki, yığmamız 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Oxşar xəbərlər