top
Araz-Naxçıvan futzal klubu rusiyalı baş məşqçi ilə müqaviləni uzatmaq niyyətindədir Report.az
23 may 2025, 13:35
- +

"Araz-Naxçıvan" futzal klubu rusiyalı baş məşqçi ilə müqaviləni uzatmaq niyyətindədir

Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən gün çempionluğu rəsmiləşdirən "Araz-Naxçıvan" klubunun rəhbərliyi rusiyalı baş məşqçi Yevgeni Kukseviçlə müqavilə müddətini uzatmaq istəyir.

Bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.

O, qarşıya qoyulan hədəflərdən də danışıb:

"Sonuncu oyuna da ciddi yanaşacağıq və lazımi şəkildə bitirəcəyik. Baş məşqçi ilə müqavilə müddətini uzatmaq istəyirik. Hazırda onunla müqaviləmiz var. Razılıq əldə olunsa, növbəti mövsüm üçün yeni müqavilə imzalayacağıq. Həmçinin yeni transferlər də olacaq. Yəqin ki, hazırkı komandadan qapıçı Emin Kürdovu və 5 oyunçunu saxlyacağıq. Heyəti tam yeniləyəcəyik".

UEFA Çempionlar Liqasına vəsiqə qazanan klubun rəsmisi məqsədlərinin ən azı iki mərhələ adlamaq olduğunu nəzərə çatdırıb:

"UEFA Çempionlar Liqasında çox çətin olacaq. İlkin mərhələdir. Baş məşqçinin qarşısına ən azı iki mərhələ keçmək məqsədi qoymuşuq. Futzalçıları seçməsi və komandanı komplektləşdirməsi üçün ona tam səlahiyyət vermişik".

Qeyd edək ki, Yüksək Liqanın XIX turunda "Neftçi" İK ilə qarşılaşan "Araz-Naxçıvan" 6:2 hesablı qələbə qazanaraq mövsümün sonuna bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Nyukasl „Monako“nın futbolçusu ilə müqavilə bağlayıb

Futbol
Bu gün, 18:16

Andrey Arşavin: Lamin Yamal heç vaxt Messi səviyyəsinə çata bilməyəcək

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 18:00

Peşəkar Futbol Liqası 2026/27 Mövsümünün Təqvimini Açıqladı

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kuboku 2026/27 mövsümü təqvimi

Futbol
Bu gün, 18:00

Azərbaycan Premyer Liqası və Kubok yarışlarının mövsüm təqvimi

Güləş
Bu gün, 17:45

U-15 qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Futbol
Bu gün, 17:40

Bornmut "Çelsi"nin Aleks Skottu transferi ilə bağlı 64 milyon funtluq təklifini qəbul etməyib

Futbol
Bu gün, 17:20

Lids Mançester Siti qapıçısı ilə maraqlanır

Futbol
Bu gün, 17:00

Xəzər Mahmudov “Xankəndi”yə keçib

Futbol
Bu gün, 16:45

Arsenal Kristos Tsolisi transfer edib

Gimnastika
Bu gün, 16:39

Bakıda 31-ci bədii gimnastika çempionatı keçiriləcək

Futbol
Bu gün, 16:00

Sabahın Maluda transferi üçün tələb etdiyi məbləğ

Futbol
Bu gün, 15:40

Xankəndi futbol klubu məşqçilər korpusunu gücləndirib

Minifutbol
Bu gün, 15:00

Araz-Naxçıvan İmişli ilə yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 14:40

Devid Bekhem mundialdan 19 milyon funt qazandı

Futbol
Bu gün, 14:39

"Xankəndi" yeni mövsümdə güclü məşqçilər korpusu ilə çıxış edəcək

Futbol
Bu gün, 14:20

N'Qolo Kante əvvəlcə Mali millisində oynamaq istəyib

Minifutbol
Bu gün, 14:08

"Araz-Naxçıvan" iyulun 24-də "İmişli" ilə yoxlama oyunu keçirəcək

Güləş
Bu gün, 14:00

Bakı şəhər avarçəkmə və kanoe üzrə açıq çempionatı

Futbol
Bu gün, 13:38

Argentinanın səbir kasası daşdı: AFA dezinformasiya kampaniyasına qarşı iddiası qaldıracaq

Futbol
Bu gün, 13:20

Anxel Korrea 17 milyonluq transfer ilə "Tiqres"ə keçir

Futbol
Bu gün, 13:08

Argentina Futbol Assosiasiyası dezinformasiya kampaniyasına qarşı məhkəmə iddiası qaldıracaq

Voleybol
Bu gün, 12:53

Fuad Ağayev: Avropa çempionatına təyinatım böyük irəliləyişə səbəb ola bilər

Oxşar xəbərlər