ABŞ-nin Azərbaycandakı Səfirliyi minifutbol yığmamısı dünya çempionluğu münasibəti ilə təbrik edib.
İdman.biz xəbər verir ki, səfirlik bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda öz komandalarını da unutmayıblar: "Azərbaycanın minifutbol milli komandasını tarixdə ilk dəfə minifutbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edirik! Növbəti turnirdə ABŞ komandasına uğurlar arzulayırıq!"
İdman.biz