UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zirə" - "Payde" görüşünün hakim təyinatları məlum olub.
İdman.Biz xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan Dario Bel idarə edəcək.
Ona həmyerliləri İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.
Qeyd edək ki, "Zirə" - "Payde" cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. İlk oyunda Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. "Zirə" növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda ən azı iki top fərqi ilə qalib gəlməlidir.