top
Zirə kapitanı Qismət Alıyev: “İndi fikrimiz ancaq “Sabah”la oyundadır” Idman.biz
31 avqust 2026, 17:55
- ↺ +

Zirə kapitanı Qismət Alıyev: “İndi fikrimiz ancaq “Sabah”la oyundadır”

"Mən 6 ildir "Zirə"dəyəm, burada xoşbəxtəm. "Neftçi" ilə danışığımız olmamışdı".

Bunu "Zirə"nin kapitanı Qismət Alıyev Azərbaycan Premyer Liqasının üçüncü turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Bizim kimi, "Neftçi" də ilk iki turda qələbə qazanmışdı. Matç hər iki komanda üçün vacib idi. Düşürəm ki, gözəl oyun alındı. Yekunda çox önəmli və lazımlı qələbə qazandıq.

- Komandanızın qələbə qolunun müəllifi oldunuz...

- Meydana çıxdığım hər oyunda komandamın uğuru üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq. Buna görə çox şadam.

- Qolu fərqli şəkildə qeyd etdiniz. Bunun xüsusi mənası var idi?

- Hər dəfə oyundan sonra evə gedərkən oğlum həmin hərəkəti edir. Mən də bunu oğlum üçün təkrarladım.

- Ötən mövsüm "Neftçi" ilə çempionatda hər iki ev oyununuz qalmaqallı alınmışdı. Bu dəfə isə oyun sakit keçdi...

- Futboldur, bəzən narazılıqlar da olur. Rəbiq komandanın azarkeşləri, yaxud futbolçuları ilə arada nəsə narazılıq yaşanır. Budəfəki matçda isə azarkeşlər maraqlı qarşılaşmaya şahidik etdilər. Hər hansı narazılıq yaşanmadı.

- Yayda "Neftçi"yə keçəcəyiniz haqda xəbərlər yayılmışdı, lakin yekunda "Zirə"də qaldınız. Bu məqam "Neftçi" ilə görüşdə motivasiyanıza nə dərəcədə təsir göstərmişdi?

- Mən 6 ildir "Zirə"dəyəm, burada xoşbəxtəm. "Neftçi" ilə danışığımız olmamışdı. Mövsüm başa çatdıqdan sonra millinin düşərgəsinə yollandım. Geri qayıtdıqdan sonra "Zirə" ilə müqavilə imzaladım.

- Yəni "Neftçi"dən təklif gəlməmişdi?

- Aramızda danışıq olmamışdı. Fikrim ancaq "Zirə"də idi.

- Qarşıda sizi çox ağır qrafik gözləyir – "Sabah", "Qarabağ" və "Turan Tovuz". "Zirə" bu gərgin qarşılaşmalara hazırdır?

- Artıq "Neftçi" ilə oyun geridə qaldı. Qarşıdakı üç rəqibin hər biri iddialıdır. İndi yalnız "Sabah"la görüşü düşünürük. Yeri gəlmişkən, onları təbrik edirəm. Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandılar. Hazırda yalnız "Sabah"la matçı düşünürük. Qarşıda bizi gərgin və maraqlı oyun gözləyir.

- Bu 3 qarşılaşmada qazanılacaq neçə xal "Zirə"ni qane edəcək?

- İndidən nəsə demək olmur. Çünki istər "Sabah", istər "Qarabağ", istərsə də "Turan Tovuz"un hər biri çox güclü rəqibdir. İndiki vəziyyətdə heç bir komandanı digərindən fərqləndirmək olmur. Dediyim kimi, bu dəqiqə fikrimiz ancaq "Sabah"la oyundadır. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq ki, həmin matçda qələbə qazanaq.

- Uğurlu startdan sonra "Zirə"nin hədəfində çempionluq var?

- Yox, cəmi 3 tur geridə qalıb və biz komanda şəklində o barədə düşünmürük. İndiki fikrimiz yalnız hər növbəti oyundur.

- Amma yəqin ki, hər bir futbolçu kimi, siz də çempion olmaq istərsiniz.

- Əlbəttə, hər bir komanda istər ki, çempion olsun. Sadəcə cəmi 3 tur keçib və indidən bu barədə nəsə demək düzgün olmaz. Bilirik ki, istər "Qarabağ", istərsə də "Sabah"ın çox yaxşı heyəti var.

- "Neftçi" ilə oyunu izləyənlər arasında milli komandanın baş məşqçisi Ayxan Abbasov da var idi. Bu matçdakı inamlı çıxışınız milliyə yolunuzu açacaq?

- Ayxan Abbasov əksər komandaların oyunlarını izləyir. Mən də hər bir matçda əlimdən gələni edirəm ki, özümü yaxşı tərəfdən göstərim və milli komandaya dəvət alım. Çağırılsam, əvvəlki illərdəki kimi, yenə də canla-başla millinin uğuru üçün əlimdən gələni edəcəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Oxşar xəbərlər