top
Zaqatala FK-da maliyyə problemləri komandanın motivasiyasını aşağı saldı Idman.biz
27 may 2026, 13:05
- +

"Zaqatala" FK-da maliyyə problemləri komandanın motivasiyasını aşağı saldı

"Qış fasiləsinə qədər olan nəticələri uğursuz hesab etmirəm. Ən azı ilk beşlikdə yer almağı planlaşdırırdıq".

Bu sözləri "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Təcrübəli mütəxəssis bildirib ki, qış fasiləsindən sonra maliyyə çətinlikləri səbəbindən komandanın oyunçuları matçlara istənilən səviyyədə köklənə bilməyiblər.

"Qış fasiləsindən sonra müəyyən maliyyə problemləri yarandı. Sponsorların ayrılması komandaya ciddi təsir etdi və bundan sonra çətinliklər başladı. Futbolçuların oyuna köklənməsində problemlər yaşanırdı. Bir müddət sonra vəziyyət qismən düzəlsə də, artıq komandanın motivasiyasını bərpa etmək çətin idi. Həm də hansı yer uğrunda mübarizə apardığımız tam aydın deyildi. Rəqiblər bizdən xeyli uzaqlaşmışdı. Digər tərəfdən, sonuncu pilləyə düşmək təhlükəsi də real görünmürdü. Bu səbəbdən futbolçularda əlavə motivasiya formalaşmırdı", - deyə o sport24.az-a bildirib.

Məmmədov müqaviləsinin başa çatdığını və bəzi təkliflər aldığını da qeyd edib:

"Klubla müqaviləm başa çatıb. Müəyyən təkliflər olsa da, hələ heç bir komanda ilə danışıqlar aparmamışam. Hazırda klublar yeni mövsüm üçün büdcələrini gözləyirlər. Bundan sonra danışıqlar aparmaq mümkün olacaq. "Zaqatala"da qalacağım halda belə, daha iddialı komanda qurmaq təkcə məndən asılı deyil. Məşqçi istəyə bilər, amma büdcə yoxdursa, nəticə əldə etmək mümkün deyil. İstənilən transferləri etmək üçün klubun maliyyə imkanları əsasdır".

Qeyd edək ki, "Zaqatala" Birinci Liqada mövsümü 28 xalla 7-ci pillədə başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Bu gün, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Futbol
Bu gün, 00:33

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

Futbol
Bu gün, 00:23

“Sabahın Ulduzları” Bakı Kubokunda “Neftçi” və “Sumqayıt” komandalarının inamlı qələbələri

Futbol
Dünən, 23:44

Skaloninin Argentina millisinin baş məşqçiliyi vəzifəsindən ayrılma düşüncələri

Futbol
Dünən, 23:24

Tibo Kurtua Belçika millisinin çıxışını müvəqqəti dayandırdığını açıqladı

Olimpiada
Dünən, 17:55

MPK rəhbərliyi Cənubi Koreyada “Muju Qran-pri” turnirində qızıl medal qazanan parataekvondoçularla görüşdü

Qolf
Dünən, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Cüdo
Dünən, 15:55

Hidayət Heydərov Budapeştdə “Böyük Dəbilqə” turnirində iştirak edəcək

Futbol
Dünən, 15:00

“Kəpəz” kapitanı Dioqo Verdaska zədələndi, “Qəbələ” ilə qarşılaşma qeyri-müəyyən

Basketbol
Dünən, 13:00

Neftçi klubunun heyətinə amerikalı basketbolçu Elayca Hokins qatıldı;

Futbol
Dünən, 08:20

France Football-un “İlin ən yaxşı məşqçisi” mükafatı üçün namizədlər açıqlanıb

Futbol
Dünən, 06:39

Bellinqem: “Mourinhonun işi möhtəşəl, amma 200% şansı əldən buraxdım”

Futbol
Dünən, 05:37

Rusiya və İran milli komandaları Kazanda yoldaşlıq matçında üz-üzə gəlir

Futbol
Dünən, 04:29

Mourinho: Titulsuz futbolçu da “Qızıl top” qazana bilər

Futbol
Dünən, 01:57

Qabriel Jezus Arsenalda tək qalaraq Barcelona transferini izah etdi

Futbol
Dünən, 01:43

Mourinyo, Realın Interə qarşı 2:1 qalibiyyəti şərh etdi

Futbol
Dünən, 01:31

Pau Kubarsi Qızıl topa namizəd göstərilən ən gənc müdafiəçi seçildi

Qarabağ FK
Dünən, 00:48

Abdullah Zubir Səudiyyə “Əl‑Uruba” ilə müqaviləsi qeydə alınmadığı üçün klubsuz qaldı

Futbol
Dünən, 00:33

İvan Rakitiç “Barselona”nı Çempionlar Liqasının əsas favoriti hesab edir

Qarabağ FK
08 sentyabr 2026, 23:55

"Sabahın Ulduzları" Bakı Kubokunda U-14 yaş qrupunun 10-cu turu başladı

Basketbol
08 sentyabr 2026, 23:53

Azərbaycanın U-16 basketbol millisi Yalovada EVOQ Challenge Cup Pre Season turnirində iştirak edir

Basketbol
08 sentyabr 2026, 23:24

U14 Azərbaycan basketbol komandası Yalova turnirində ikinci yerə yüksəldi

Qarabağ FK
08 sentyabr 2026, 14:06

“Qarabağ” Mateuş Koxalskinin Polşanın “Vyeçista” klubuna transferini rəsmən açıqladı

Oxşar xəbərlər