top
Yılmaz Vural: Türkiyə millisi dünya çempionatında kollektiv oyunla uğur qazanmalıdır Idman.biz
01 aprel 2026, 18:21
- ↺ +

Yılmaz Vural: Türkiyə millisi dünya çempionatında kollektiv oyunla uğur qazanmalıdır

"Türkiyə futbolunun dünya çempionatı kimi nüfuzlu turnirdə uğur qazanması üçün köklü dəyişikliklərə ehtiyac var. Bu istiqamətdə düzgün strategiya müəyyənləşdirilməlidir".

Bu sözləri türkiyəli tanınmış mütəxəssis Yılmaz Vural ölkəsinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, Türkiyə yığması turnirdə Avstraliya, Paraqvay və ABŞ kimi fərqli qitələri təmsil edən komandalarla qarşılaşacaq.

"Bu rəqiblərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. ABŞ futbolu son illərdə inkişaf etsə də, ölkədə əsas idman növü sayılmır. Bununla belə, ev sahibi amili onların üstünlüklərindən biridir. Paraqvay Cənubi Amerika təmsilçisi kimi güclü rəqiblərlə oynamağa alışıb, Avstraliyada isə futbol yeni inkişaf mərhələsindədir. Bu baxımdan Türkiyə millisinin şanslarını yüksək qiymətləndirirəm", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Mütəxəssis vurğulayıb ki, komandanın əsas problemi kollektiv oyunla bağlıdır: "Fərdi keyfiyyətləri yüksək olan futbolçularımız var. Arda Gülər, Hakan Çalhanoğlu və digərlərinin adlarını çəkmək olar. Onlar Avropanın aparıcı klublarında çıxış edir və böyük təcrübəyə malikdirlər. Lakin komanda oyunu baxımından müəyyən çətinliklər yaşayırıq. Son oyunlarda qələbələr daha çox fərdi ustalıq hesabına qazanılıb".

O qeyd edib ki, qarşıdakı müddətdə bu istiqamətdə ciddi iş aparılmalıdır: "Əgər komanda şəklində oyunumuzu inkişaf etdirə bilsək, daha böyük uğurlar qazanmaq mümkündür. Topa nəzarəti artırmalı və daha sistemli oyun sərgiləməliyik. Əks halda yüksək səviyyəli turnirlərdə uğur əldə etmək çətin olacaq".

Y.Vural əlavə edib ki, Türkiyə millisinin dünya çempionatındakı çıxışı turnirin marağını daha da artıracaq: "Dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı türklər komandaya böyük dəstək verəcək və bu da yarışa əlavə rəng qatacaq. Hətta mən də komandamıza dəstək olmaq üçün ABŞ-yə yollanacağam".

Mütəxəssis həmçinin futbolun idarə olunması ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, bəzi ölkələr bu sahədə islahatlar apararaq uğur qazansa da, Türkiyə və ardıcıl üçüncü dəfədir dünya çempionatından kənarda qalan İtaliyada problemlər tam həllini tapmayıb: "Futbol cəmiyyət üçün birləşdirici rol oynayır. Bu sahədə düzgün idarəetmə və vahid yanaşma formalaşdırmaq vacibdir. Təəssüf ki, biz hələ də bu məsələlərdə istənilən nəticəyə nail ola bilməmişik".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mundialda ilk dəfə 48 ölkənin yığması mübarizə aparacaq.

24 ildən sonra yenidən mundiala vəsiqə qazanan Türkiyə millisinin qrup mərhələsində keçirəcəyi matçların təqvimi də bəlli olub. D qrupunda yer alan "ay-ulduzlular" iyunun 14-də Avstraliya, 20-də Paraqvay, 26-da isə ev sahiblərindən ABŞ ilə qarşılaşacaq. İlk iki görüş Bakı vaxtı ilə saat 08:00-da, sonuncu qrup oyunu isə 06:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər