top
Xankəndi Şəfanın 22 İllik Rekordunu Təkrarladı Sport24.az
22 oktyabr 2025, 11:40
- +

"Xankəndi" "Şəfa"nın 22 İllik Rekordunu Təkrarladı

Azərbaycanın II Liqasının VI turunda "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi" klubu "Şəfa"nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

 

Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər Liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.

 

"Xankəndi"nin "Araz Saatlı" üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.

 

Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994 mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi "Metallurq" "Göytəpə"ni 15:0 hesabı ilə məğlub edib.

 

14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə "Şəfa" imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/1998 mövsümündə HHQ İK, 2003/2004 mövsümündə isə "Lider Qarabağ"la görüşdə "Şəfa" 14 cavabsız qol vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər