top
Vüsal İsgəndərli: Milli komandadakı uğur mənim üçün böyük motivasiyadır Idman.biz
01 aprel 2026, 16:15
- ↺ +

Vüsal İsgəndərli: Milli komandadakı uğur mənim üçün böyük motivasiyadır

"Bu sualın cavabı əsasən baş məşqçimizə aiddir. Mən isə məşqlərdə və oyunlarda əlimdən gələni etməyə çalışdım".

Bunu Albaniyanın "Partizani" klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli futbolinfo.az-a müsahibəsində deyib.

2 illik fasilən sonra yığmaya çağrılan 31 yaşlı futbolçu həm bu barədə təəssüratları, "FIFA Series-2026" turnirinin qalibi olmaları, həm də digər sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

– "FIFA Series" turnirində qalib olmağınızla bağlı təəssüratlarınızı bilmək istərdik. Hər iki oyun haqqında fikirləriniz necədir?

– Əlbəttə, bu turnirdə çempion olmağı çox istədik. Buna nail olduğumuz üçün çox xoşbəxtəm. İlk rəqib güc baxımından fərqli olsa da, ikinci rəqib doğrudan da çox yaxşı kollektiv idi.

– Hər iki oyunda meydana çıxdınız və qol vurdunuz. Əvvəlcədən buna hazırlaşmışdınız? Baş məşqçi Ayxan Abbasovla söhbətiniz oldumu və sizə tövsiyələri nə oldu?

– Baş məşqçimiz Ayxan Abbasovla əvvəldən "Zirə"də işləmək imkanım olmuşdu. Bu səbəbdən onun sisteminə bələd idim. Məşqdə, oyunda nələri etməli olduğumu bilirdim. Oyundan əvvəl məşqlərdə əlimdən gələni edirdim ki, şans qazanım. Baş məşqçimiz də mənə bu şansı verdi.

– Penaltilər seriyası ilə bağlı baş məşqçi Ayxan Abbasov qeyd etdi ki, azərbaycanlı futbolçuların qol vurması onu sevindirib. Penalti zərbələrini kimin yerinə yetirəcəyini əvvəlcədən məşqçi müəyyənləşdirmişdi, yoxsa özünüz təşəbbüs göstərdiniz?

– Bəli, bu, baş məşqçinin qərarı idi. Hər kəs oyunda və penalti seriyasında qalib gəlmək istəyi göstərdi, bu da çox sevindirici haldır.

– Uzun müddətdən sonra milliyə çağırılmağınız və oyunlarda iştirak etməyiniz sizə necə təsir etdi? Özünüzü tam göstərə bildinizmi? Bu performansdan sonra sentyabrda Millətlər Liqası oyunlarına dəvət alacağınıza inanırsınız?

– Bu sualın cavabı əsasən baş məşqçimizə aiddir. Mən isə məşqlərdə və oyunlarda əlimdən gələni etməyə çalışdım. Qarşıda daha iki yoldaşlıq oyunumuz var, sonra Millətlər Liqası başlayacaq. O vaxta qədər formamı daha da yaxşılaşdırmaq və yayda olan toplanışa dəvət almaq istəyirəm.

– Turnirin qalibi olduqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndi. Bu şərhlərə münasibətiniz necədir? Ümumiyyətlə, bu turnir sizə nə qazandırdı?

– Mənim şəxsi fikrim budur ki, milli komandada Azərbaycan bayrağı altında çıxış ediriksə, hər qələbə, hər qol əziz və önəmlidir. Turnirin qalibi Azərbaycan oldu və bu ən vacib məsələdir. Biz həmişə ölkəmizi ən yaxşı şəkildə təmsil edib xalqımızı sevindirmək istəyirik.

– Bu oyunlardan sonra "Partizani"də hədəfləriniz nədir?

– Əlbəttə, motivasiyam çox yüksəkdir. Artıq "Partizani"yə köklənmişəm. Buradakı işimiz UEFA-da oynamaq və avrokuboklara vəsiqə qazanmaqdır. Milli komandadakı bu uğur mənim üçün böyük motivasiyadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər