top
Vidadi Rzayev Neftçinin avrokubok şanslarını dəyərləndirdi Idman.biz
11 mart 2026, 11:24
- ↺ +

Vidadi Rzayev "Neftçi"nin avrokubok şanslarını dəyərləndirdi

"Bu mövsüm "Neftçi" üçün bitdi. İnanmıram ki, avrokuboklara vəsiqə qazansınlar. Bəlkə gələn mövsüm olar".

Bu sözləri veteran futbolçu Vidadi Rzayev deyib.

"Kəpəz"in sabi məşqçisi Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqdan sonra "ağ-qaralar"ın avrokuboklara vəsiqə şansının demək olar ki, bitdiyini bildirib.

"Yuri Vernidub komandanı götürdükdən sonra əvvəlcə uğurlu nəticələr oldu. "Şamaxı" ilə oyunda müzakirə olunan penalti epizodundan sonra "sındılar". Vernidub bundan daha artığını edə bilərdi. "Neftçi" yüksələ bilərdi. Amma baş məşqçinin də komandanı qurmaq, oyunçu seçmək üçün çox vaxtı olmadı. Ümumilikdə isə "Neftçi"nin durumu uğursuzdur. Hər gələn məşqçi deyir ki, hər şey yaxşı olacaq, düzəldəcəyik, istədiyimiz nəticəni əldə edəcəyik. Bu bir növ Canni de Byazinin milli komandaya gələndə dediklərinə bənzəyir. O da deyirdi ki, Azərbaycanda potensial var, yaxşı nəticələr olacaq. Amma uduza-uduza gedəndən sonra dedi ki, pulumu verin, qayıdım ölkəmə. Yuri Vernidub da sanki eyni prinsiplə işləyir", - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

V.Rzayev ötən günləri xatırlayıb:

"Azarkeşlər ən yaxşısını istəyir. Amma klubun daxilində baş verən proseslərdən heç kimin xəbəri yoxdur. Rəhmətlik Ruslan Abdullayev 18 yaşımda "Neftçi"də oynayanda mənə bir sual vermişdi. Soruşdu ki, tribunadan futbol necə görünür? Dedim, əla. Sonra dedi, pillə-pillə aşağı düşəndə necə? Dedim, yaxşıdır, amma yuxarıdan daha yaxşı görünürdü. O isə dedi ki, komandanın içinə girəndə bütün mundarlıqlar üzə çıxır. İndi də azarkeşlər komandanın yaxşı nəticə göstərməsini istəyir, amma klubun daxilində nələr baş verdiyini heç kim bilmir. Onu yalnız rəhbərlik bilər".

Sabiq yarımmüdafiəçi məşqçiyə zaman tanınmasını istəyir:

"Bir baş məşqçiyə ən azı 3-4 il vaxt vermək lazımdır. Bu da bir növ Marsı aşmaq kimidir – alınar, ya alınmaz. Məsələn, "Qarabağ"da alındı. Qurban Qurbanovu gətirdilər və nəticə verdi. "Neftçi" isə flaqman klubdur, möhür onun üzərindədir və heç kəs də onu götüüə bilməz. Azarkeş oyuna baxır, komanda uduzanda bu, hamıya təsir edir. "Qarabağ"la rəqabətə girməli, ən azı yüksək yerlər uğrunda mübarizə aparmalıdırlar. Heç olmasa, avrokuboklar üçün yarışmalıdırlar. Demirəm ki, Verniduba vaxt verilməsin. Amma hamı "Neftçi"ni yuxarı pillələrdə görmək istəyir. Heç kim 5-6-cı yerlərlə razılaşmaq istəmir. Əgər bu gün "Neftçi" bunu etmirsə, bu artıq ümumi futbolumuzun problemidir. Heç kim Vernidubu da uzun müddət gözləməyəcək ki, gələn il nəsə edər. O gəldi və komandanı qəbul etdi, bu yük indi onun üzərindədir. Klub və azarkeşlər onun qalmasına necə reaksiya verəcək, bilmirəm. İlk gələndə pis təsir bağışlamırdı. Amma sonradan futbolçularla münasibəti necə qurur, bunu demək çətindir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər