top
Vaqif Sadıqov: Bakıdakı U-15 Dünya Çempionatı gənc futbolçularımız üçün Avropaya açılan qapıdır Idman.biz
Bu gün, 19:06
- ↺ +

Vaqif Sadıqov: Bakıdakı U-15 Dünya Çempionatı gənc futbolçularımız üçün Avropaya açılan qapıdır

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Bakıda keçirilən FIFA U-15 dünya çempionatında Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Famil Xəlilovun rəhbərlik etdiyi komandanın böyük potensiala malik olduğunu və turnirin gənc futbolçular üçün Avropaya çıxış imkanı yaratdığını bildirib.

"Milli komandamız dörd oyundan üçündə qələbə qazanıb. Yalnız Avstraliyaya məğlub olmuşuq. İnanırıq ki, komandamız lazımi oyunu sərgiləyərək qələbə seriyasını davam etdirəcək və qrup liderlərindən birinə çevriləcək", - deyə Vaqif Sadıqov AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Sadıqov dünya çempionatında xarici klubların skautlarının iştirakına xüsusi diqqət çəkib:

"Qeyd etmək lazımdır ki, bu yaş qrupunda olan futbolçularımız çox böyük potensiala malikdirlər. Hesab edirəm ki, onların üzərində işləməklə, məşq prosesinə diqqət ayırmaqla və hər cür şərait yaratmaqla gələcəkdə güclü, istedadlı futbolçular yetişdirə bilərik. Onlar Azərbaycan futboluna öz töhfələrini verməyə qadirdirlər. Dünya çempionatı futbolçularımız üçün Avropaya və dünyaya çıxmaq baxımından bir tramplindir. Hazırda müxtəlif ölkələrdən olan skautlar turniri izləyir, bu yaş qrupunda çıxış edən oyunçulara xüsusi diqqət yetirir, qeydlər aparırlar. Onlar perspektivli futbolçuları izləməyə başlayır, gələcək üçün ilk addımlarını atırlar. Skautlar gənc oyunçuların inkişafında, onlara yol göstərilməsində və gələcək karyeralarının qurulmasında mühüm rol oynayırlar. Bu gün ayrı-ayrı ölkələrin skautları ölkəmizdədirlər və hesab edirəm ki, seçiləsi futbolçularımız çoxdur. Onları lazımi səviyyədə izləyib gələcəkdə hər birinə uyğun şərait yaratsalar, Avropada da özlərini sınaya bilərlər".

AFFA rəsmisi Bakıda səfərdə olan FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerlə görüşündən də danışıb:

"Uzun söhbətimiz olmadı. Məşqçilər olaraq bir-birimizə xoş sözlər söylədik, gələcək fəaliyyətimizdə uğurlar arzuladıq. FIFA rəhbərliyinin nümayəndələrinin turnir boyunca burada olması yarışın əhəmiyyətini göstərir. Onlar yalnız açılış mərasimində iştirak edib getməyiblər, turnirin sonunadək burada qalaraq oyunları izləyəcəklər. Bu da gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıyır".

Qeyd edək ki, Azərbaycan millisi turnirdə Timor-Lesteni 6:0, Andorranı 1:0 və İsraili 3:1 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.

FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 19:38

“Araz‑Naxçıvan”ın baş məşqçisi: “Polşada hazırlıq tamdır, bütün oyunlarda qələbə hədəfimizdir”

Boks
Bu gün, 19:33

Mayk Tayson serial çəkilişləri üçün İstanbulda görülüb

Futbol
Bu gün, 19:31

Bavariya futbolçuları Londonda Qızıl Top mükafatına qatıldı

Futbol
Bu gün, 19:28

İnter, Kyezanı Liverpooldan transfer etmək üçün danışıqlara başladı

Futbol
Bu gün, 19:22

Real Madrid prezidenti Florentino Peres Qızıl Top təqdimatına qatılmayacaq

Futbol
Bu gün, 19:07

«Real» və «Barselona» 12 «Qızıl top»la ilk yeri bölüşür: İtaliya və Almaniya klubları ilk beşliyi tamamlayır

Futbol
Bu gün, 18:57

Maqat 2026 Qızıl Top üçün üç seçimi açıqladı

Güləş
Bu gün, 18:49

Azərbaycan güləş komandası Estoniyada beynəlxalq turnirdə birinci oldu

Futbol
Bu gün, 18:44

Samuel Eto və Lassana Diarra U-15 Dünya Çempionatı üçün Bakıdadır

Futbol
Bu gün, 18:36

Xavi Espart Real Madrid qarşısında ağır zədə aldı – yeddi həftə istirahət

Futbol
Bu gün, 18:29

"Napoli"nin yarımmüdafiəçi Zambo Angissa Türkiyəyə keçə bilər

Boks
Bu gün, 18:10

Boksçu Mayk Tayson Türkiyənin 'Tuzlu Kahve' serialında qonaq aktyor kimi çıxacaq

Futbol
Bu gün, 18:00

Kəpəz klubunun rəsmi fan-şopu “1959 Store” açıldı

Qarabağ FK
Bu gün, 17:45

Bruno Lanqa: ‘Sabah’la Əldə Edilən Xalın Dəyərini Yüksək Sayırıq

Cüdo
Bu gün, 17:41

Abşeron OİK-də U-17 ne-vaza üzrə ACF Kuboku yekunlaşıb

Futbol
Bu gün, 17:40

"Qayrat"ın baş məşqçisi Rafael Urazbaxtin çempionluq şansını itirdikdən sonra vəzifədən istefa verib

Minifutbol
Bu gün, 17:38

«Araz-Naxçıvan»ın prezidenti: «Komandamız Avropada futzalın bir markasıdır və Çempionlar Liqasında qalib gəlməyi hədəfə götürürük»

Cüdo
Bu gün, 17:33

Azərbaycan cüdo millisi Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirində 11 idmançı ilə səhnədə olacaq

Futbol
Bu gün, 17:31

Arsenal, Hull City-nin əlcəzairli oyunçusu Beşir Belluminin transferini diqqətli şəkildə izləyir

Qarabağ FK
Bu gün, 17:24

“Qarabağ”ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina millisinə dəvət aldı

Futbol
Bu gün, 17:23

Barselonanın futbolçusu Xavi Espart Bakıda Sabaha qarşı UEFA Çempionlar Liqası oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 17:20

Dieqo Lopes "Bernli"nin yeni idman direktoru təyin edildi

Cüdo
Bu gün, 17:15

Veteran cüdoçu Elçin Məmmədov Avropa çempionatında bürünc medalqazandı: "Azərbaycan bayrağını ucaltmaq qürur verir"

Oxşar xəbərlər