top
Valdas Dambrauskas Sabah - Qəbələ oyunundan sonra fikirlərini bölüşdü və jurnalistlərin suallarını cavablandırdı Sport24.az
10 mart 2026, 21:49
- ↺ +

Valdas Dambrauskas "Sabah" - "Qəbələ" oyunundan sonra fikirlərini bölüşdü və jurnalistlərin suallarını cavablandırdı

Misli Premyer Liqasının XXIII turunun "Sabah" – "Qəbələ" oyunundan (7:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Komandamı təbrik edirəm. Meydançada çox yaxşı, düzgün reaksiyalar verdilər. Rəqib haqda xoş sözlər demək istəyirəm. "Qəbələ" təhlükəli komandadır. Ola bilsin, kubokdakı 120 dəqiqəlik oyunun yorğunluğu onlara təsir etmişdi. İlk hissədə çox yaxşı oynadıq. Qollar vurduq, fasilədən sonra da bunu davam etdirdik. Oyunboyu üstün olduq. Bu oyunu unuduruq və üç gün sonra "İmişli" ilə oyunumuz var.

 

– "Qəbələ"yə qarşı kubok oyununda çətinlik çəkmişdiniz. Bu gün nə dəyişdi? Asanlıqla qalib gəldiniz, istədiyiniz qolları vura bildiniz…

 

– Bu gün həqiqətən, çox üstün oynadıq. Təzyiq edən, ilk dəqiqələrdən hücuma qoşulan komanda idik. Çempionatla kubok oyunları fərqlidir. Çünki kubokda iki mərhələli matçlardır. Orda nə baş verir versin, iki mərhələ var. İlk oyundan sonra növbətini düşünürsən ki, növbəti raunda necə yüksələk. "Qəbələ" kimi komandaya qarşı bir ayda 4 dəfə oynamaq asan deyil. Kubokda mərhələ adladıq, çempionatda istədiyimiz xalları qazandıq.

 

– Mikelsin əvəzlənməsi zədə ilə bağlı idi?


– Zədəsi ilə bağlı idi. Tam hazır deyil. Hər oyunda çalışır ki, maksimumu etsin. Onun töhfəsi qiymətsizdir. İki qol vurdu, iki məhsuldar ötürmə etdi. İki ay yarımdır, 90 dəqiqə oynamır. Ona fürsət veririk ki, oynasın. Son matçlarda fərqlənməsi möhtəşəmdir.

 

– Andrey Santosun oyunundan nə dərəcə razı qaldınız?


– Qısa müddət oynadı. 10 dəqiqədə oyunundan razı qalıb-qalmamaq çətindir. Hər məşqdə istəkli olduğunu göstərir. Rəqabətədavamlı, fiziki cəhətdən güclü oyunçudur. Lakin onun Rəhman, Solvet, Noqeyra kimi rəqibləri var. Vaxtını gözləməlidir. Bizim üçün hər oyunçu dəyərlidir və qarşıda oyunlarımız çoxdur. Hər futbolçunun bizə töhfə verməsini istəyirik. Gələcəkdə "11-lik"də də ola bilər.

 

– Mikels və Xəyal formadadır. Qışda komandaya cəlb olunan Mbina da var. Ağlınızda olan əsas hücumçu kimdir?


– Mənimçün favorit oyunçu oyun günü meydana çıxandır. Qarşıda çox oyunlar var. Bizim üçün hər futbolçu önəmlidir. Xəyaldan da, Mikelsdən də məmnunam. Xəyal milliyə namizəd oyunçudur. Sağlamlığı ilə bağlı problemi var idi və risk etmədik. Lazım gələrdisə, o da meydana çıxmağa hazır idi. Mbina isə bu həftə komanda ilə məşqlərə başlayıb. Bir məşqçi kimi belə geniş seçimin olması xoşdur.

 

– AFFA "Qarabağ"la oyunda baş verənlərlə bağlı yenidən qərar verəcək. Köməkçiniz böyük ehtimalla cəzalanacaq. İlk qərarda onun cəzalanmaması sizi təəccübləndirdi?

 

– Bütün şərhləri vermişik. Cəzadan əvvəl nəsə danışmaq istəmirəm. Bir həftə əvvəl baş verib, sonra oyunlar keçirilib. Məncə, məsələ biz və "Qarabağ" üçün artıq bağlanıb. Ola bilər, jurnalistlər üçün bu məsələ bağlanmayıb. Bu sizin öz seçiminizdir.


– "Qarabağ"la son oyunda yaşananlar komandalar arasındakı növbəti matçlara necə təsir edəcək?


– "Qarabağ"a hörmət edirik və hər oyuna ciddi yanaşırıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər