top
Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər Idman.biz
02 noyabr 2026, 01:35
- ↺ +

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

"Sabah" futbol komandasının baş məşqçisi Valdas Dambrauskas komandadan ayrılaraq Türkiyənin "Fənərbağça" klubuna rəhbərlik edə bilər.

İdman.Biz İtaliyanın "TuttoMercatoWeb" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 49 yaşlı litvalı mütəxəssislə fəal danışıqlar aparır və onunla üçillik müqavilə imzalamaq imkanını nəzərdən keçirir.

Bildirilir ki, tərəflər arasında təmaslar intensivləşib və danışıqlar yekun mərhələyə yaxınlaşıb.

Hazırda 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə müzakirə olunur. Razılaşma əldə edilərsə, Dambrauskas rəhbərliyi altında tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələn "Sabah"dan ayrılacaq.

"Fənərbağça"nın litvalı mütəxəssisə marağı təyinatından dörd ay sonra baş məşqçi vəzifəsini tərk edən İsmayıl Kartalın gedişindən sonra yaranıb.

Qeyd edək ki, Valdas Dambrauskas 2025-ci ildən "Sabah"a rəhbərlik edir. Onun başçılığı altında komanda Azərbaycan çempionatının və ölkə kubokunun qalibi olub, cari mövsümdə isə Çempionlar Liqasının əsas mərhələsində debüt edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Futbol
Bu gün, 11:08

Dünyanın ən Moda Futbolçuları: İlk Onluq Kimlərdən İmzalandı?

Futbol
Bu gün, 11:05

Premyer Liqada artıq öz sözünü deyən yerli hücumçu var!

Boks
Bu gün, 11:00

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinalında

Qarabağ FK
Bu gün, 11:00

“Kəpəz”dən “Qarabağ”la oyun üçün xüsusi mükafat – məbləğ artırıldı!

Futbol
Bu gün, 10:44

İkinci Liqada bu gün üç oyun keçiriləcək, lider "Qaradağ Lökbatan" "Şirvan"ın qonağı olur

Futbol
Bu gün, 10:40

Qalatasaray Samsunspor

Futbol
Bu gün, 10:30

CONMEBOL seçkilərdə Canni İnfantinonu dəstəkləyəcək

Futbol
Bu gün, 10:26

“Real” dörd mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazandı

Formula 1
Bu gün, 10:21

Ferstappen Las-Veqasda rəqiblərinə meydan oxudu - VİDEO

Futbol
Bu gün, 10:18

Murada ehtiyac olmadı

Futbol
Bu gün, 10:07

Avropada futbol gecəsi: İngiltərə derbisi, “Barselona” və “İnter”in sınağı - AFİŞA

Futbol
Bu gün, 09:55

Messi topu rəqibinin üzünə çırpıb – MLS pley‑off hadisəsi

Futbol
Bu gün, 09:50

Inter Miami pley-offda 0:3 lə Kolombusa məğlub oldu

Qarabağ FK
Bu gün, 09:50

"Sampdoriya ilə müqaviləsini uzanan Azərbaycan U‑21 hücumçusu maaşını iki dəfə artıracaq"

Basketbol
Bu gün, 09:43

Basketbol Liqasında liderlik mübarizəsi: bu gün iki oyun keçiriləcək

Boks
Bu gün, 09:33

Yeni Zelandiya döyüşçüsü Stirling, Proxazka'yı nokautla məğlub etdi

Futbol
Bu gün, 09:30

2028-ci il "Copa America" turniri yenidən ABŞ-da keçirilə bilər

Oxşar xəbərlər