Niderland Erediviziyasında ikinci turun oyunları keçirilir.
İdman.Biz bildirir ki, "Tvente" öz meydançasında "PEC Zvolle"ni qəbul edib.
Matç 3:1 hesabı ilə "Tvente"nin xeyrinə bitib.
Hesabı 21-ci dəqiqədə qonaqların oyunçusu Elias Sorensen açıb. 38-ci dəqiqədə "Tvente"dən Dauda Vaydman bərabərlik qolunu vurub. 59-cu dəqiqədə qonaq oyunçu Dilan Mbayo öz qapısına qol vurub. 70-ci dəqiqədə isə Dan Rots yekun hesabı müəyyənləşdirib – 3:1.
"Tvente" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" klubunun rəqibidir.