top
Türkiyə Superliqası: Trabzonspor səfərdə Kocaelisporu məğlub etdi, Gənclərbirliyi və Kasımpaşa xal bölüşdü - YENİLƏNİR Idman.biz
18 yanvar 2026, 21:55
- ↺ +

Türkiyə Superliqası: "Trabzonspor" səfərdə "Kocaelispor"u məğlub etdi, "Gənclərbirliyi" və "Kasımpaşa" xal bölüşdü - YENİLƏNİR

Türkiyənin "Trabzonspor" klubu Superliqanın 18-ci turunda səfərdə "Kocaelispor"u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, güclü qar yağması altında keçirilən qarşılaşma son dəqiqələrə qədər böyük gərginliklə davam edib.

Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Bruno Petkoviç açıb. Xorvatiyalı futbolçu bununla da mövsümdə altıncı qolunu vurub.

Qonaqlar 44-cü dəqiqədə Felipe Auqustonun qolu ilə tarazlığı bərpa ediblər. Matçın taleyini isə əlavə vaxtda Ernest Muçi həll edib. 90+1-ci dəqiqədə topu qəbul edən albaniyalı futbolçu dəqiq zərbə ilə "Trabzonspor"a qələbə qazandırıb.

Bu nəticədən sonra "Kocaelispor" 23 xalda qalıb və liqada öz meydanında səkkiz oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub. "Trabzonspor" isə xallarının sayını 38-ə yüksəldərək üçüncü pillədə mövqeyini qoruyub.

21:40

Türkiyənin "Gənclərbirliyi" klubu Superliqanın 18-ci turunda öz meydanında "Samsunspor"la heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesab 38-ci dəqiqədə qonaq komandanın hücumçusu Marius Muan­dim­ladjinin qolu ilə açılıb. Paytaxt təmsilçisi isə 60-cı dəqiqədə Seku Koitanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

Bu nəticədən sonra məğlubiyyətsiz oyunlar seriyasını dörd matça yüksəldən "Gənclərbirliyi"nin xalı 19-a çatıb. Üç turdan sonra xal qazanan "Samsunspor" isə 26 xalla mövqeyini möhkəmlədib.

17:43

Türkiyə Superliqasının 18-ci turu çərçivəsində "Kasımpaşa" "Antalyaspor"u qəbul edib.

İdman.Biz xəbər verir ki, tərəflər meydanda hərəyə bir xalla ayrılıblar. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, qapılara qol vurulmayıb.

18 oyundan sonra 16 xal toplayan "Kasımpaşa" turnir cədvəlində 15-ci yerdədir. "Antalyaspor" isə eyni xalla 14-cüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 03:09

Fiqu: “Mourinyo “Barselona” üçün yaxşı baş məşqçi olardı”

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Oxşar xəbərlər