top
Türkiyə Superliqası: Qalatasaray xal itirdi, Göztepe - Kasımpaşa heç-heçəsi, Konyasporun qələbəsi Idman.biz
12 aprel 2026, 23:52
- ↺ +

Türkiyə Superliqası: "Qalatasaray" xal itirdi, "Göztepe" - "Kasımpaşa" heç-heçəsi, "Konyaspor"un qələbəsi

"Qalatasaray" Türkiyə Superliqasının 29-cu həftəsində öz meydanında "Kocaelispor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın ilk dəqiqələrindən təzyiqi artıran İstanbul təmsilçisi 30-cu dəqiqədə Sanenin baş zərbəsi ilə hesabı açıb.

Qarşılaşmanın ikinci hissəsində qonaqlar tarazlığı bərpa etməyi bacarıblar. 72-ci dəqiqədə Bruno Petkoviç fərqlənib - 1:1.

;

Bu nəticədən sonra xallarını 68-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirsə də, ikinci pillədəki "Fənərbağça" ilə fərq iki xala qədər azalıb. 35 xalı olan "Kocaelispor" isə səkkizinci pillədəki mövqeyini qoruyub.

Növbəti turda "Qalatasaray" səfərdə "Gənclərbirliyi"nin qonağı olacaq, "Kocaelispor" isə doğma meydanda "Göztepe"ni sınağa çəkəcək.

21:59

Türkiyə Superliqasının 29-cu həftəsində "Göztepe" və "Kasımpaşa" komandaları üz-üzə gəlib. "Gürsel Aksel" stadionunda baş tutan qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın 24-cü dəqiqəsində Juan meydan sahiblərini önə keçirib. Qonaqlar 45+1-ci dəqiqədə Ben Ouanes ilə tarazlığı bərpa ediblər.

İkinci hissəyə sürətli başlayan "Kasımpaşa" 52-ci dəqiqədə Adrian Benedıçak və 76-cı dəqiqədə Filip Krastevin öz qapısına vurduğu qol sayəsində hesabı 3:1-ə çatdırıb. Lakin İzmir təmsilçisi azarkeşlərinin təzyiqi altında geri dönüş etməyi bacarıb. 82-ci dəqiqədə Ceferson penaltini dəqiq yerinə yetirərək fərqi minimuma endirib. 89-cu dəqiqədə isə Malkom Bokele vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

Görüşün son saniyələri gərginliklə yadda qalıb. "Kasımpaşa"nın futbolçusu Kerem Demirbay 90+4-cü dəqiqədə hakimə qarşı qeyri-etik hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra "Göztepe" 47, "Kasımpaşa" isə 28 xala yüksəlib. Növbəti turda izmirlilər səfərdə "Kocaelispor"la qarşılaşacaq, "Kasımpaşa" isə "Alanyaspor"u qəbul edəcək.

17:53

Türkiyə Superliqasının 29-cu turunda "Konyaspor" öz meydanında "Fatih Karagümrük"ü qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Konyaspor"a qalibiyyət qazandıran qolları 21-ci dəqiqədə Blaz Kramer, 28-ci dəqiqədə Jakson Muleka və 90+2-ci dəqiqədə Dioqo Qonçalves vurublar.

Bu nəticədən sonra İlhan Palutun rəhbərlik etdiyi komandanın liqadakı məğlubiyyətsizlik seriyası beş oyuna yüksəlib. Xallarının sayını 34-ə çatdıran "yaşıl-ağlar" turnir cədvəlində səkkizinci pillədəki mövqelərini möhkəmləndiriblər. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Fatih Karagümrük" isə 20 xalda qalıb.

Növbəti turda "Konyaspor" səfərdə "Antalyaspor"un qonağı olacaq. "Fatih Karagümrük" isə doğma meydanda "Eyüpspor"u sınağa çəkəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Digər
Dünən, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Oxşar xəbərlər