top
Türkiyə Superliqası: Fənərbağça liderlə xal fərqini minimuma endirdi, Trabzonspor səfərdə qələbə qazandı Idman.biz
18 yanvar 2026, 23:01
- ↺ +

Türkiyə Superliqası: "Fənərbağça" liderlə xal fərqini minimuma endirdi, "Trabzonspor" səfərdə qələbə qazandı

İdman.Biz xəbər verir ki, Superliqanın 18-ci turunda "Fənərbağça" səfərdə əzmkar qələbə qazanıb.

Ev sahibi "Alanyaspor" erkən qolla sevinib. Hesabı üçüncü dəqiqədə Floran Haderconaj açıb. "Fənərbağça"nın cavab qolu özünü çox gözlətməyib. Taliska doqquzuncu dəqiqədə ilk qolunu vurub. 27-ci dəqiqədə "Alanyaspor" Makoutanın qolu ilə hesabda önə çıxıb. 52-ci dəqiqədə isə "Fənər" Musabanın qolu ilə hesaba tarazlıq gətirib. 78-ci dəqiqədə Taliska özünün ikinci, komandanın isə qləbə qolunu vurub.

Qələbə sayəsində "Fənərbağça" lider "Qalatasaray"la arasındakı xal fərqini birə endirib. Hazırda "Fənər" 42 xalla turnir cədvəlində ikincidir. "Alanyaspor" isə 21 xalla 10-cu pillədədir.

21:55

Türkiyənin "Trabzonspor" klubu Superliqanın 18-ci turunda səfərdə "Kocaelispor"u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, güclü qar yağması altında keçirilən qarşılaşma son dəqiqələrə qədər böyük gərginliklə davam edib.

Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Bruno Petkoviç açıb. Xorvatiyalı futbolçu bununla da mövsümdə altıncı qolunu vurub.

Qonaqlar 44-cü dəqiqədə Felipe Auqustonun qolu ilə tarazlığı bərpa ediblər. Matçın taleyini isə əlavə vaxtda Ernest Muçi həll edib. 90+1-ci dəqiqədə topu qəbul edən albaniyalı futbolçu dəqiq zərbə ilə "Trabzonspor"a qələbə qazandırıb.

Bu nəticədən sonra "Kocaelispor" 23 xalda qalıb və liqada öz meydanında səkkiz oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub. "Trabzonspor" isə xallarının sayını 38-ə yüksəldərək üçüncü pillədə mövqeyini qoruyub.

21:40

Türkiyənin "Gənclərbirliyi" klubu Superliqanın 18-ci turunda öz meydanında "Samsunspor"la heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesab 38-ci dəqiqədə qonaq komandanın hücumçusu Marius Muan­dim­ladjinin qolu ilə açılıb. Paytaxt təmsilçisi isə 60-cı dəqiqədə Seku Koitanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

Bu nəticədən sonra məğlubiyyətsiz oyunlar seriyasını dörd matça yüksəldən "Gənclərbirliyi"nin xalı 19-a çatıb. Üç turdan sonra xal qazanan "Samsunspor" isə 26 xalla mövqeyini möhkəmlədib.

17:43

Türkiyə Superliqasının 18-ci turu çərçivəsində "Kasımpaşa" "Antalyaspor"u qəbul edib.

İdman.Biz xəbər verir ki, tərəflər meydanda hərəyə bir xalla ayrılıblar. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, qapılara qol vurulmayıb.

18 oyundan sonra 16 xal toplayan "Kasımpaşa" turnir cədvəlində 15-ci yerdədir. "Antalyaspor" isə eyni xalla 14-cüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər