"Bavariya"nın futbolçusu Maykl Olise Bundesliqanın 10-cu turunda "Köln"lə keçirilən matçda (1:1) zədələnib.
QOL.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
Fransalı vinger qarşılaşmanın 41-ci dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Tom Krausla toqquşub. O, fasilədə əvəzlənib.
Matçdan sonra stadionu qoltuqağaclarının köməyi ilə tərk edən 24 yaşlı futbolçuda ayaq darağı nahiyəsinin əzilməsi aşkarlanıb.