top
Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı” Idman.biz
04 oktyabr 2026, 00:53
- ↺ +

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının üşüncü turunda Xorvatiyanı 7:0 hesabı ilə məğlub etdikləri qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, Tuxel səfərdə belə böyük hesabla qələbə qazanmalarını yüksək qiymətləndirib və komandanın 90 dəqiqə ərzində tempini qoruduğunu bildirib.

"Bəlkə də hesabı 3:0 etdikdən üç dəqiqə sonra böyük səhvə yol verdik və sadə topları itirdik. Lakin ümumilikdə hamı bütün 90 dəqiqə ərzində ən yüksək səviyyədə oyun nümayiş etdirdi. Birinci dəqiqədən sonuncuya qədər - istər start heyətində meydana çıxan, istərsə də sonradan oyuna daxil olan hər kəs mübarizə apardı. Komandanı təbrik edirəm. Səfərdə bu, həqiqətən də çox təsirli idi", - deyə Tuxel ITV-nin efirində bildirib.

Baş məşqçi İngiltərənin yaratdığı qol imkanlarını və oyun tempini də xüsusi qeyd edib.

"Biz çoxsaylı epizodlar yaratdıq. İlk 40 dəqiqə ərzində çox əla uyğunlaşma ilə hərəkət etdik. Yadımdadır, tabloya baxıb düşündüm ki, "Vay, necə də gözəl üç dəqiqədir". Sonra yenidən baxdım - artıq gözəl yeddi dəqiqə idi. Oyun sadəcə bir an belə səngimirdi. Biz tempi qoruyub saxladıq, boş zonalar tapdıq və onlardan istifadə etdik. Çox soyuqqanlı davrandıq", - Tuxel vurğulayıb.

O, komandanın pressinq və müdafiədəki fəaliyyətindən də razı qaldığını söyləyib: "Əks-pressinqdə və müdafiədə təzyiqi saxladıq, yəni təməl şeyləri düzgün yerinə yetirdik. Belə əhval-ruhiyyə mənə xoş gəlir. Biz həmişə təkəbbür göstərmədən oynadıq, əsas məqamları düzgün etdik. Məhz buna görə də bu, həqiqətən də qüsursuz oyun oldu".

Qeyd edək ki, bu qələbədən sonra İngiltərə A Liqasının üçüncü qrupunda xallarını altıya çatdırıb. Xorvatiyanın hesabında 3 xal var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:44

İnter qapıçı mövqeyi üçün Allisson və Donnarummana diqqət yetirir

Futbol
Bu gün, 20:29

“Liverpul” van Deykinin iki il uzatma tələbinə razı deyil, “Milan” fürsət gözləyir

Futbol
Bu gün, 20:27

Arsenalın vingeri Bukayo Saka 2 ay müddətinə komandadan kənarda qalacaq

Futbol
Bu gün, 20:21

Ruy Jorje: U-20 Milli Komanda İraqla 2:1 məğlub oldu, amma dünya çempionatına hədəf

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Oxşar xəbərlər