top
Traktor İran çempionatını tərk etmək təhlükəsi ilə üz-üzədir Idman.biz
26 dekabr 2025, 22:51
- ↺ +

"Traktor" İran çempionatını tərk etmək təhlükəsi ilə üz-üzədir

Təbrizin "Traktor" klubu İran çempionatında iştirakını dayandıra bilər.

İdman.Biz bildirir ki, "Traktor" klubunun sahibi Məhəmmədrza Zənnuzi-Mütləq bu barədə bəyanatı yayıb.

O, bəyanatından İran Futbol Federasiyasının rəhbəri Mehdi Tacı klub ətrafındakı proseslərə müdaxilə etməyə, əks halda isə istefa verməyə çağırıb. Klub sahibi FIFA-ya müraciət edəcəklərini istisna etməyib.

Bəyanatın mətni klubun sosial media hesablarında yayılıb.

"Cənab Tac ya İran futbolunu idarə etmək gücünə malikdir, ya da əgər bu gücü yoxdursa, istefa verməlidir. Əgər bu proses belə davam edəcəksə, "Traktor" klubunun bu liqada qalması üçün heç bir səbəb qalmayacaq. Ədalətli şəkildə idarə olunması mümkün olmayan bir futbolun ümumiyyətlə dayandırılması daha yaxşıdır.

"Traktor" klubu xərc çəkmir ki, bəziləri pis idarəetmə ilə öz mənafelərini təmin etsin, bunun müqabilində isə bizim azarkeşlərimiz etnik şüarların hədəfinə çevrilsin. Bu şüarlar ya federasiyanın səssizliyi ilə qarşılanır, ya da bəzən onun qurumları tərəfindən görməzdən gəlinir. Bu davranışlar qəbuledilməzdir.

Hakimliklərin mühəndisliyindən tutmuş bir çox planlaşdırmalara qədər hər şey elə aparılır ki, sanki "Traktor"un əleyhinə dizayn edilib. Bəzi texniki məsələlərdən keçmək olar, amma etnik təhqirlərdən əsla. Nə mən, nə də "Traktor" azarkeşləri bu mövzunu heç vaxt unutmayacağıq.

Təəssüf doğurur ki, bir nəfərə ünvanlanan bir təhqirə görə "Traktor" misli görünməmiş cəzalarla üzləşir, amma ötən mövsüm müxtəlif stadionlarda "Traktora", onun futbolçularına və ən əsası türklərə qarşı etnik təhqirlər səsləndirildi və federasiya heç bir ciddi addım atmadı. Bu ikili yanaşma açıq-aşkar ədalətsizliyin nümunəsidir.

Sözüm cənab Taca və Futbol Federasiyasında yer alan hər kəsədir: "Traktor"un İran futboluna yad bir parça olduğunu düşünməsinlər. Bu cür idarəolunmazlıq, istər istəmədən, istərsə də bilərəkdən, ölkə xalqları arasında parçalanmanı dərinləşdirir. Əgər bu vəziyyəti düzəltmək gücünüz yoxdursa, məsuliyyəti başqasına verin.

Ya bu futbol islah olunacaq, ya da "Traktor" klubu geri çəkiləcək və öz hüquqlarını bərpa etmək üçün hüquqi və beynəlxalq yollarla, o cümlədən FIFA vasitəsilə addımlar atacaq. Bu ölkənin xalqları etnik şüarlardan bezib və artıq bu vəziyyətə dözmək istəmir", - bəyanatda deyilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər