top
Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası Idman.biz
Bu gün, 22:02
- ↺ +

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Türkiyə Super Liqasının doqquzuncu turunda "Trabzonspor" və "Beşiktaş" qələbə qazanıblar. Trabzon təmsilçisi səfərdə "Çaykur Rizəspor"u 4:3, İstanbul klubu isə doğma meydanda "Başakşehir"i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, turun ən məhsuldar qarşılaşmalarından biri Rizədə keçirilib. "Çaykur Rizəspor" Borrellinin 12-ci və 32-ci dəqiqələrdə vurduğu qollarla ilk hissəni 2:0 hesablı üstünlüklə başa vurub.

Lakin fasilədən sonra "Trabzonspor" oyunun gedişini dəyişib. Qonaqlar səkkiz dəqiqə ərzində üç dəfə fərqləniblər. Melih 49-cu, Aral 51-ci, Frankulino isə 57-ci dəqiqədə qol vuraraq komandalarını hesabda irəli çıxarıblar.

Meydan sahibləri 69-cu dəqiqədə Laçinin qolu ilə tarazlığı bərpa etsələr də, 83-cü dəqiqədə Frankulino dublunu rəsmiləşdirərək "Trabzonspor"a 4:3 hesablı qələbə qazandırıb.

İstanbulda keçirilən digər görüşdə isə "Beşiktaş" "Başakşehir"i qəbul edib. Dolmabağçada baş tutan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.

İkinci hissədə üstünlüyünü qola çevirən "Beşiktaş" 76-cı dəqiqədə Ohun dəqiq zərbəsi ilə önə keçib. 89-cu dəqiqədə Olaitan fərqi artıraraq matçın yekun hesabını müəyyənləşdirib - 2:0.

Bu nəticələrdən sonra "Trabzonspor" xallarının sayını 19-a, "Beşiktaş" isə 18-ə çatdırıb. "Başakşehir" 11, "Çaykur Rizəspor" isə 10 xalda qalıb.

Növbəti turda "Trabzonspor" "Qaziantep"i, "Beşiktaş" isə səfərdə "Kasımpaşa"nı rəqib kimi görəcək. "Başakşehir" "Samsunspor"u qəbul edəcək, "Çaykur Rizəspor" isə "Kocaelispor"un qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Bu gün, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Bu gün, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Bu gün, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Bu gün, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Bu gün, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Bu gün, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Bu gün, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Bu gün, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Bu gün, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Oxşar xəbərlər