İtaliyanın "Torino" klubu futbolçusu Emirhan İlkhan ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2027-ci ilin yayına kimi artırılıb.
Emirhan başa çatan mövsümdə A Seriyasında 19 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.