Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" komandası Birinci Liqada növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Bursa təmsilçisi "Keçiörengücü" ilə qarşılaşıb.
Altı qolun vurulduğu görüş "Bursaspor"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Toral Bayramov 82-ci dəqiqədə meydana daxil olub.
12 turdan sonra "Bursaspor" xallarının sayını 28-ə çatdıraraq liderliyini qoruyur.