top
Super Liqa: Beşiktaşdan heç-heçə, Qalatasaray və Başakşehirdən qələbələr Idman.biz
08 fevral 2026, 23:22
- ↺ +

Super Liqa: "Beşiktaş"dan heç-heçə, "Qalatasaray" və "Başakşehir"dən qələbələr

"Beşiktaş" Türkiyə Super Liqasının 21-ci turunda doğma meydanda "Alanyaspor"la 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, matça qonaqlar daha fəal başlayıblar. Doqquzuncu dəqiqədə Güven Yalçın cərimə meydanına girmədən sol ayaqla dəqiq zərbə vuraraq hesabı açıb. O, keçmiş komandasına vurduğu qoldan sonra sevinməyib.

16-cı dəqiqədə Alanya təmsilçisi üstünlüyü artırıb. Güven Yalçın fərqlənərək dubla imza atıb.

33-cü dəqiqədə "Beşiktaş"ın kapitan Orkun Kökçü penaltinin dəqiq yerinə yetirərək fərqi azaldıb. 54-cü dəqiqədə "Beşiktaş" Oh Hyun akrobatik zərbəsi ilə hesabı bərabərləşdirib - 2:2.

Beləliklə, "Beşiktaş" xallarının sayını 37-yə çatdıraraq beşinci pillədəki yerini qoruyub, "Alanyaspor" isə 23 xalla 10-cu pilləyə yüksəlib. Növbəti turda "Beşiktaş" səfərdə "Başakşehir" ilə qarşılaşacaq, "Alanyaspor" isə öz meydanında "Konyaspor"u qəbul edəcək.

20:41

Türkiyənin "Qalatasaray" klubu səfərdə "Çaykur Rizespor" üzərində inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Super Liqanın 21-ci turunda keçirilən görüşdə İstanbul təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Hesab 19-cu dəqiqədə açılıb. Barış Alper Yılmazın baş zərbəsi qapıçı Fofananın yanından keçərək tora daxil olub. 62-ci dəqiqədə Barış Alperin sağ cinahdan ötürməsini Yunus Akgün havada başla tamamlayıb. 73-cü dəqiqədə fərq üç topa çatıb. Noa Lanqın pasından sonra Viktor Osimhen müdafiəçilərdən sıyrılıb, qapıçını aldadaraq dar bucaqdan dəqiq zərbə vurub.

Xallarını 52-yə yüksəldən İstanbul klubu turnir cədvəlinin zirvəsində yer almaqda davam edir. Rize təmsilçisi isə 20 xalla 12-cidir.

Növbəti turda "Qalatasaray" öz meydanında "Eyüpspor" ilə üz-üzə gələcək. "Çaykur Rizespor" isə səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.

18:43

Türkiyə Super Liqasının 21-ci turunda "Eyüpspor" ilə "Başakşehir" arasında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Başakşehir" rəqibini 2:1 hesabı ilə məğlub edərək məğlubiyyətsiz oyunlar seriyasını səkkiz matça çatdırıb.

Qalib komandaya üstünlüyü 14-cü dəqiqədə Davie Zelke gətirib. 53-cü dəqiqədə Eldor Şomurodov fərqi artırıb. Meydan sahiblərinin yeganə qolu isə 90+3-cü dəqiqədə Umut Bozokdan gəlib.

Bu nəticədən sonra Nuri Şahinin rəhbərlik etdiyi kollektiv xallarını 33-ə yüksəldib. "Eyüpspor" isə 18 xalla qalıb.

Növbəti turda "Başakşehir" öz meydanında "Beşiktaş"ı qəbul edəcək, "Eyüpspor" isə səfərdə "Qalatasaray"la üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər