"Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandasının məşq prosesində iştirak edib. Sport24.az xəbər verir ki, təcrübəli müdafiəçi məşq zamanı gənc futbolçularla müdafiə oyunu ilə bağlı təcrübəsini bölüşüb və onlara tövsiyələr verib.
Klubdan bildirilib ki, komandanın futbolçuları mütəmadi olaraq akademiyanın məşqlərinə qatılaraq gənc oyunçulara öz məsləhətlərini verəcəklər.